Hər gün 10 min addım yerimək lazımdırmı?

Müəllif: Lalə B.
Şərhlər: 4
Baxılıb: 1476
Səs ver:
(səs: 0)
Hər gün 10 min addım yeriməyin faydalı olması barədə demək olar ki, əksər insanlar eşidib. Belə bir fikir var ki, addım sayı məsələsi "Manpo-Kei" cihazının reklam kampaniyası çərçivəsində icad edilib. Cihazın yapon dilindən tərcüməsi "10 min addımı ölçən" deməkdir. Bu fikr, 1960-cı illərdə Yaponiyada təbliğ olunmağa başladı və bu gün də mövcuddur. Qeyd edək ki, addımların sayı heçdən yaranmayıb. Bu hesablamanı Yaponiya həkimi Yosira Xatano aparıb.

Həkimin hesablamalarına görə, yaponlar orta hesabla gündə 4000 addım ataraq, təqribən 300-400 kilokalori yandırır. Onun fikrincə, gündəlik fiziki yük artırılaraq addımların sayı 10 minə çatsa, təxminən 500 kalori sərf olunacaq. Əlbəttə burada məntiq var, amma müasir araşdırmalar on min addımın faydasını sübut etmir. Bəli, həkimlər yekdilliklə oturaq həyat tərzinin təhlükəli olduğunu söyləyirlər, ancaq gündə ən azı beş min addım atılsa, minimum fiziki fəaliyyət baryerinin keçildiyi hesab edilə bilər.

Bundan əlavə, digər bir araşdırmada, beş min addım piyada gedənlərdə artıq çəki və yüksək qan təzyiqi riskinin xeyli az olduğu aşkar edilmişdir. Digər tədqiqatlar, gündə beş və on min addım atanların sağlamlığında çox fərq olmadığını göstərib. Əsas odur ki, insan oturaq həyat tərzi sürməsin və bu anlamda hər kəsin öz fiziki yüklənmə həddi var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1476
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri