Hamilə qadınlar üçün idman hərəkətləri

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 10 460
Səs ver:
(səs: 2)
İdmana  başlamazdan əvvəl, ölçülü addımlamaq lazımdır

1. Yerimizdə düz dururuq və nəfəsimizi alaraq əllərimizi irəli və bir az yana doğru açırıq. Və nəfəsimizi verib, yenidən başlanğıc mövqesinə qayıdırıq. Üç və ya dörd dəfə bu hərəkəti təkrarlayın.

2. Əsas duruş. Nəfəs alınır, əllər yuxarı qaldırılır və nəfəs verilərkən aşağı əyilmək, əlləri saladaraq geriyə aparmaq və yanlara doğru  açmaq lazımdır. Sonra nəfəs almaq və başlanğıc mövqeyə qayıtmaq üçün nəfəsi verməliyik. Üç və ya dörd dəfə bu hərəkəti təkrarlayın.

3. Əsas duruş. Əllər başın arxasında nəfəs verilərək bir az əyilməli və əlləri önə yuxarıya doğru  uzaltmaq lazımdır. Sonra belinizi və çiyninizi aşağı əyin və əllərinizi boş buraxın, rahatlayın. Nəfəs verin və əvvəlki mövqeyə qayıdın. Üç və ya dörd dəfə bu hərəkəti təkrarlayın.

 


4. Əsas duruş. Bədəninizi sərbəst buraxın və gövdənizi və  başınızı əvvəlcə sola doğru dönün, sonra saga doğru dönün. Üç və ya dörd dəfə bu hərəkəti təkrarlayın.

5. Əsas duruş. Qarın üstə uzanaraq nəfəs alaraq qolumuzu bükərək, gövdəmizi qaldırırıq və nəfəs verərək əvvəlki mövqeyə qayıdırıq. Üç və ya dörd dəfə bu hərəkəti təkrarlayın.

6. Arxası üstə uzanaraq əllərimizi gövdəmizə bərabər qoyuruq və sabit nəfəs ilə əvvəlcə sağ ayağımızı yuxarı qaldırırq, sonra isə sol ayağımızı yuxarı qaldırırıq. İki və ya üç dəfə bu hərəti təkrarlayın.

7. Oturaq vəziyəti alın və ayaqlarınızı düz uzadın və əllərinizi bir az yana, arxaya doğru yerə qoyun. Sabit nəfəs ilə sağ ayağınızı qaldırın və dizinizi yana əyərək pəncənizi sol ayağınızın iç tərəfindən baldırınıza doğru birləşdirin. Bu hərəkəti eyniylə sol ayağınızlada təkrar edin. İki və ya üç dəfə bu hərəkəti təkrarlayın.

8. Gövdənizi rahat saxlayaraq dərin bir nəfəs ilə və mülayim templə yerində addımlamaq lazımdır. 30-40 saniyə ərzində addımlayırıq.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 10 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri