Hamiləlikdə idman təklifləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 873
Səs ver:
(səs: 4)
1. Hamiləlik zamanı ilk həftələrdən başlayaraq yüngül və orta dərəcəli idman etmək sizin üçün faydalı olacaqdır. Hamiləlikdən öncə idman edən xanımlar hamiləlik zamanı da bəzi sıxlıqlarla idman etməyə davam edə bilər. Ancaq hamiləlik öncəsi idman etməyən xanımlar qaçış və üzgüçülük kimi çox yorucu olmayan, bədənin əzələlərini bərabər hərəkət etdirərək və yaralanma ehtimalı olmayan idmanlardan istifadə edə bilərlər.
Hamiləlik zamanı qısa müddətli qaçışlardan istifadə etmək olar.
2. Həftədə 3 dəfə nizamlı olaraq edilən idman uzun aralıqlarla edilən idmana görə daha faydalıdır.
3. Hamiləlik zamanı maddələr mübadiləsinin surətini artırmaq və uşağın ehtiyaclarının qarşılanması üçün gündə əlavə 300 kkal-a ehtiyac var. Qısacası, idman edirsinizsə, qidalanmanıza da fikir verməlisiniz.
Ekstra faydalı kalorilərinizi (almağı) qəbul etməyi unutmayın.
4. İdman edən hamilələr pambıqdan hazırlanmış yüngül və hava keçirən paltardan istifadə etməli, kifayət qədər maye qəbul etməli və otağın temperaturunu normal dərəcədə tutmalıdır.
5. Hamiləliyin son aylarında dəyişən ağırlıq mərkəzi bəzi idman növlərinə mane olar. Az da olsa, qarına zərər verəcək idman növlərindən uzaq durmaq lazımdır.
6. Arxası üstə uzanaraq (xüsusilə hamiləliyin ikinci mərhələsində) idman etmək olmaz. Bunun səbəbi uşaqlığın böyüyən ağırlığının damarlarına təzyiq etməsi və ürəyə qayıdan qanın azalmasıdır. Təzyiqin aşağı düşməsinə və körpəyə gedən qanın alınmasına səbəb ola bilər.
7. Ağır idman hərəkətləri zamanı ürəkdən çıxan qan əzələlərə doğru irəliləyəcəyi üçün uşalığa gedən qan azalır. Bu problem həll oluna bilər, lakin hamilə xanım arxası üstə uzanıb idman etməsi vəziyyəti çətinləşdirər. Bu səbəblə arxası üstə edilən idmanlardan uzaq durmaq lazımdır.
8. Hamiləlik zamanı idman edərkən məqsəd xanımın özünü rahat hiss etməsidir. Yorulduğu zaman idmanı tərk etməli, halsız düşənə qədər idman etməməlidir. Velosiped sürmək və üzmək kimi ağırlıq qaldırmadan edilən idmanlar yaralanma risqini sıfıra endirir.
9. Doğumdan sonra ananın hamiləlikdən əvvəlki halına qayıtmasına 4-6 həftə lazımdır. Bunun üçün doğumdan sonra idman səviyyəsi pillə-pillə artırılmalı və ananın özünü necə hiss etməsinə bağlı olaraq planlanmalıdır.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 5 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri