Qvinet Peltrou kimi yaşımıza qalib gələk (2)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 291
Səs ver:
(səs: 2)
Artıq birinci kompleks olan Aştanqa Vnyasa haqqında hər şeyi mənimsədik. Bu həftə isə başqa yoqa və Qvinet Poltrounun etdiyi üz məşqlərini öyrənəcəyik. Bu həftə feyzbildinq haqqında öyrənək və tətbiq edək. Ağıllı Qvinet Poltrou bilir ki, gözəl bədən quruluşu ilə bərabər gözəl və hamar üz dərisinə də sahib olmaq lazımdır. Bunun üçün də mütamadi olaraq məşqlər etmək vacibdir. Əgər qırx yaşını keçmisinizsə və hamar alına, hündür qaşlara, güclü çənə və boğaz əzələlərinə sahib olmaq istəyirsinizsə, feyzbildinqin sifət üzrə kompleks hərəkətlərini öyrənin. Qırx yaşdan sonra insanlarda əzələlər zəifləyir, üzün xətləri dəqiqliyini itirir, göz ətraflarında qırışlar, göz altında qara dairələr əmələ gəlir. Sifət üzrə feyzbildinqin əsas vəzifəsi hüceyrələrin oksigen və qan dövranını gücləndirmək, üz dərisini möhkəmləndirmək, dəri qatlarında mübadilə proseslərini yaxşılaşdırmaqdır. Siz bu hərəkətləri edərkən son dərəcə diqqətli olmalısınız. Əks təqdirdə üz dərinizi zədələyə bilərsiniz. Feyzbildinqlə hər gün məşğul olmaq məsləhətdir. Belə ki, hər 5-ci gündən sonra 1-2 gün ara verməklə məşqlərinizi davam etdirə bilərsiniz. Ya səhər, ya da gecə məşq edə bilərsiniz. Əgər siz səhərlər məşq etmək istəyirsinizsə, yatmazdan əvvəl yemək yeməyin və çox su içməyin.

2-ci həftə üçün plan

1-ci gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra barmaqlarınızı nəmləndirici kremə vurub üzünüzü yüngül masaj edin.

Axşam: Üzünüzə və bədəninizə bal skrabı çəkin. Sonra yaş əleyhinə kremlərdən istifadə edə bilərsiniz.

2-ci gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra göz ətrafı kompress edin və nəmləndirici kremlə yüngülcə massaj edin.

Axşam: Bal və boranıdan hazırlanmış maskanı üzünüzə çəkin və 30 dəqiqədən sonra yuyub nəmləndirici və ya yaş əleyhinə kremdən istifadə edin.

3-cü gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra barmaqlarınızı nəmləndirici kremə vurub üzünüzü yüngül masaj edin.

Axşam: Ballı sellilut əleyhinə maskanı yanlar, qarın və budlara çəkin. 30 dəqiqədən sonra yuyub nəmləndirici krem çəkin.

4-cü gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra barmaqlarınızı nəmləndirici kremə vurub üzünüzü yüngül masaj edin.

Axşam: Limon maskasını üzünüzə çəkin və 30 dəqiqə sonra yuyub nəmləndirici kremlə yüngül masaj edin.

5-ci gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra göz ətrafı kompress edin və nəmləndirici kremlə yüngülcə masaj edin.

Axşam:  Üzünüzə və bədəninizə bal skrabı çəkin. Sonra yaş əlehinə kremlərdən istifadə edə bilərsiniz.

6-cı gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra barmaqlarınızı nəmləndirici kremə vurub üzünüzü yüngül masaj edin.

Axşam: Ballı sellilut əleyhinə maskanı yanlar, qarın və budlara çəkin. 30 dəqiqədən sonra yuyub nəmləndirici krem çəkin.

7-ci gün
Səhər: 1 stəkan su və 1 stəkan südü qarışdırıb üzünüzü yuyun. Sonra göz ətrafı kompress edin və nəmləndirici kremlə yüngülcə masaj edin.

Axşam: Bal və boranıdan hazırlanmış maskanı üzünüzə çəkin və 30 dəqiqədən sonra yuyub nəmləndirici və ya yaş əleyhinə kremdən istifadə edin.

Alın və göz ətrafı üçün məşqlər

* Qaşlarınızı qaldırın və bir neçə saniyyə bu vəziyyətdə qalın. Sonra şəhadət barmağınızı qaşların üstünə qoyub bir az qaldırın və bir neçə saniyyə bu vəziyyətdə qalın. Bu hərəkətləri bir neçə dəfə təkrar edin.

* Gözlərinizi yumun və azacıq açın və bir neçə saniyyə belə qıyıq gözlə baxın və tam açın rahatlanın. Bir neçə dəfə bu hərəkəti təkrarlayın.

* Şəhadət barmaqlarınızın ucunu gözlərinizin xarici guşələrinə qoyun və gicgahlara doğru çəkin. Hərəkəti bir neçə dəfə təkrarlayın.

* Şəhadət və orta, adsız barmaqlar ilə gözlərinizdə qaranlıq dairələrin üzərinə qoyun. Yüngülcə sızın və buraxın. Hərəkəti bir neçə dəfə təkrarlayın.

* Başınızı tərpətmədən gözlərinizlə əvvəlcə yuxarı, sonra aşağı baxın. Sağa və sola baxın. Gözlərinizi, beləliklə, dairəvi hərəkət elətdirin. Ən az 5 dəfə yuxarı, aşağı, sağa və sola. Sonra isə geriyə sola, sağa, aşağı və yuxarı.

Ağız və yanaqlar üçün məşqlər

* Şəhadət barmağınızı dodaqlarınızın arasına qoyub dodaqlarınızla barmağınızı sıxın və bir neçə saniyyə əmzik kimi sorun barmağınızı. Hərəkəti bir neçə dəfə təkrarlayın.

* Ağzınızı açın və dodaqlarınızı yüngülcə içəri tərəfə çəkin. Bu zaman dil alt dodağın altında qalacaq. Sonra bu vəziyyətdə gülümsəməyə çalışın. Bu hərəkəti bir neçə dəfə təkrarlayın.

* Dodaqlarınızı sağ yanağa doğru çəkin, sonra geriyə dönüb rahatlanın. Sonra isə sol yanağa doğru çəkin. Beləcə bir neçə dəfə təkrarlayın.

* Sağ əlinizin şəhadət barmağını sağ yanağınıza burnunuzun səviyyəsində dodaqlarının üstündən qoyun yüngülcə sıxın və dodağınızı sağa tərəf sıxın. Sonra eyni hərəkəti sol yanaq üçün də təkrarlayın.

* Şəhadət barmaqlarınızı dodağınızın xarici guşəsinə qoyun və gülümsəmə yaradacaq hərəkət edin. Sonra yenə rahatlanın və bir neçə dəfə bu hərəkəti təkrarlayın.

Çənə və boğaz üçün məşqlər

* Alt dodağınızı çənənizin və boğazınızın köməyilə qaldırın. Sonra rahatlanın və yenidən bir neçə dəfə bu hərəkəti təkrarlayın.

* Ağzınızı azca açın və şəhadət barmaqlarınızla dodaqlarınızın xarici guşələrində azca aşağı doğru sıxın və rahatlanın. Hərəkəti bir neçə dəfə təkrarlayın.

* Çənənizi bir az irəli gətirərək əlinizlə təsir edin.

* Yumruğunuzu çənənizin altından qoyun və sıxın. Sonra ağzınızı açmağa çalışın. Əlinizlə də təsir edin. Sonra rahatlanın və yenidən hərəkəti bir neçə dəfə təkrarlayın.

* Ağzınızı yumub dilinizi yuxarı qaldırın. Dilinizin ucu üst çənənizin əti və dişlərin arasına dəyməlidir. Sonra dilinizi alt çənənizin əti və dişlərinizin arasında bir neçə saniyə saxlayın. Hərəkəti bir neçə dəfə təkrarlayın.

Təklif etdiyimiz sxem üzrə feyzbildinlə məşğul ola bilsəniz, üz dərinizin və cizgilərinizin həmişə cavan qalacağına əmin ola bilərsiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri