Bədəninizi formaya salacaq 7 məşq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 619
Səs ver:
(səs: 2)
Formada qalmaq və gözəl bədənə sahib olmaq istəyirsiniz? Bu hədəfiniz üçün etməli olduğunuz bir neçə məşq var. Bu məşqlər asan olmaqları ilə bərabər, bədəninizi möhkəmləndirəcək və kalori itirməyinizi təmin edəcək. Ancaq bu hərəkətlərlə bərabər düzgün, yaxşı qidalanmalı və yuxunuza fikir verməli, kifayət qədər yatmalısınız.
Bədəninizə böyük fayda verə biləcək 7 məşq növünü aşağıdakı ardıcıllıqla təqdim edirik:

İplə tullanmaq;
"Squat”;
"Push-up”;
"Lunge”;
Üzgüçülük;
Qaçış;
Velosiped;

1. İplə tullanmaq
Axırıncı dəfə nə vaxt iplə tullanmısınız? Bəlkə də uşaqlığınızda. İplə tullanmaq ucuz və hər yerdə edə biləcəyiniz bir məşqdir və digər məşqlərdən fərqli olaraq daha çox kalori itirməyinizi də təmin edəcək. Sadəcə olaraq ipi çantanıza qoyun və istədiyiniz yerdə götürüb məşqinizi edin.
Möhtəşəm məşq və əyləncə üçün iplə tullanın! Bundan başqa iplə tullanmağı uşaqlarınızla birgə də edə bilərsiniz.

2. "Squat”
"Squat” birdən çox əzələ qrupunu işlədən, hərəkətə gətirən bədən məşqidir. Bu güclü məşq bədəninizi möhkəmləndirəcək və çoxlu sayda kalori itirməyinizi təmin edəcək.
Kalori sərfiyyatını və ürək döyüntünüzü artırmaq üçün bu hərəkəti tullanaraq da edə bilərsiniz və ya "squat” vəziyyətində əlinizdə qantel ilə durub hərəkəti mürəkkəbləşdirə bilərsiniz.
Müntəzəm olaraq "squat” etmək bədəninizi formaya salmaq və fiziki sağlamlığınızı artırmaq üçün çox gözəl bir yoldur.

3. "Push-up”
Çox təəssüf ki, bir çox insan "push-up” etməkdən çəkinir. Çünki, icra edilməsi bir az çətindir, ancaq əslində bədəniniz üçün möhtəşəm bir hərəkətdir. Çiyniniz və döş qəfəsinizin fərqli bölgələrini hərəkətə gətirəcək bir çox "push-up” növü var. Ona görə "push-up” edərkən fərqli növlərini sınaya bilərsiniz.
"Push-up” təkcə çiyniniz və döş qəfəsinizi deyil, bütün bədəninizi möhkəmləndirir. Əgər ilk başda "push-up” edə bilmirsinizsə, qüvvətlələnə qədər dizləriniz üzərində "push-up” edin. Formaya girmək üçün həftədə bir neçə gün edin. "Push-up” etmək döş qəfəsinizin böyüməsinə də kömək olacaq və əlavə olaraq ürəyiniz üçün də yaxşıdır.
Ancaq belinizin ağrımaması üçün hərəkəti doğru şəkildə, düz bir gövdə ilə etmək vacibdir.

4. "Lunge”
Ayaqlarınızı bərkitmək üçün "lunge” hərəkətini etməyi sınayın. "Lunge” ayaqları tək-tək işlətdiyi və təcrid etdiyi üçün çox yaxşı nəticə verəcək. Bir az ürək döyüntüsü və intensivliyi artırmaq üçün tullanaraq da "lunge” edə bilərsiniz.
Mənim məsləhətim, 2 gündə bir, 3 dəst və 10 təkrarlı çalışmağınızdır. Çox məşğul olsanız da, "lunge” etmək üçün mütləq zaman tapa bilərsiniz. Ona görə bəhanə axtarmağı bir kənara qoyun.

5. Üzgüçülük
Üzgüçülük bədəninizi formaya salmaq üçün möhtəşəm bir idmandır. Çünki, bədəninizdəki bütün əzələləri hərəkətə gətirir və çox əhəmiyyətli miqdarda kalori sərf etməyinizi təmin edir. Bununla yanaşı təzyiqi azaldır, ürəyinizi gücləndirib, aerobik potensialınızı artırır. Əlavə olaraq üzmək həm əyləncəli, həm də ailəcə edə biləcəyiniz bir idmandır. Ancaq təbii ki, hər yerdə və hər zaman edə bilməzsiniz.

6. Qaçış
Qaçmağın bədəninizə bir çox faydası var. Stressi azaldır, ürək sağlamlığına yaxşı təsir edir, depressiya riskini azaldır, ümumi sağlamlığınızı artırır və çox sayda kalori sərfiyyatını təmin edir.
Qaçış bədən quruluşunuzu çox müsbət bir şəkildə dəyişdirəcək. Möhkəm və bərk ayaqlara sahib olmaq üçün qaçmaq çox yaxşı bir yoldur.
Qaçmaq xüsusilə də səhərlər çox zövqlü bir fəaliyyətdir və hər gün edə bilərsiniz. Hər qaçışdan sonra böyük bir uğur qazanmış hissi keçirəcəksiniz.

7. Velosiped
Velosiped həm ayaqlarınız, həm də bütün bədəniniz üçün çox təsirli bir məşqdir.
Qollarızı, belinizi, ayaqlarınızı və ürəyinizi gücləndirir, artıq çəkidən azad olmağınıza şərait yaradır. Üstəlik velosiped sürməyi idman proqramınıza əlavə etməyiniz çox asandır. Çünki, bir yerdən başqa bir yerə getmək üçün velosipedi istifadə edə bilərsiniz. Həm sağlamlığınız, həm də pulunuzu qorumaq üçün çox təsirli üsuldur.

Bu məşqləri müntəzəm olaraq etsəniz, həm sağlamlığınızın düzələcəyinə, həm də bədəninizin çox daha gözəl formaya düşəcəyinə zəmanət verə bilərik!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri