Soyuqda gəzmək daha çox kalori yandırır?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 557
Səs ver:
(səs: 3)
Soyuqda yeriməyə davam! Beyni təmizləyir, stressi aradan qaldırır və daha çox kalori yandırır.
 
Hava  soyuqdur deyə yürüşlərə fasilə vermək doğru deyil.
soyuq havada templi yürüş daha çox faydalıdır. Soyuq hava beyni təmizləyir, stress və gərginliyini aradan qaldırır, daha çox kalori yandırılmasını təmin edir. Gündüz yürüşləri serotonin hormonu səviyyəsini artırır, bu da aclıq istəyini azaldır. Odur ki, qalın geyinib yola çıxın və bu sadə məşqlə formanızı qoruyun.
 
Yürüş üçün qalın, eyni zamanda, rahat geyimlər seçin və mütləq papaq taxın. Çünki bu zaman yürüşdən böyük zövq alacaqsınız. Əllər, burun və çənə də ən çox üşüyən nahiyələrdir. Çox soyuq havalarda əlcək və şərf taxmağı unutmayın.
Mütəxəssislər soyuq havalarda klassik pambığın əvəzinə, bədəni daha quru və isti saxlayan yüngül və sintetik geyimlərdən istifadə etməyi tövsiyə edir.
 
10 dəqiqə isinin
Soyuq havalarda yürüşə çıxmazdan əvvəl isinmə hərəkətlərini yerinə yetirin. Ürəyinizin və əzələlərinizin hazır olması üçün isinmə hərəkətləri vacibdir.

Susuz qalmayın
Suya hər saniyə ehtiyacımız var. Soyuq havada da yürüşə çıxarkən su için. Yaz ayları qədər qışda da bədən suya ehtiyac duyur.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri