Fitnes nədir?

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 291
Səs ver:
(səs: 0)
Fitnes sözünün mənası “uyğun, forma, sağlamlıq, uyğunluq” deməkdir. Fitness bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növüdür.
Digər idman növlərindən fərqli olaraq fitnesdə əsas məqsəd bədəndəki bütün əzələləri alətlə və ya alətsiz tək-tək işlədərək elastikləşdirmək və formaya salmaqdır. Demək olar ki, bütün idman növlərində fitneslə əlaqəli idman hərəkətləri var. Çünki hər idman növündə ağırlıqlarla yerinə yetirilən idman hərəkətləri var.
Fitness elə bir idman növüdür ki, onunla məşğul olarkən edilən hərəkətlər hər adamın öz orqanizmi və yaına görə fərqli olur. Hər yaşda olan insan fitneslə məşğul ola bilər, amma fitnesə başlamazdan əvvəl mütəxəssis tərəfindən onun yaşına, sağlamlıq vəziyyətinə uyğun olan idman hərəkətləri müəyyən edilməlidir. Çünki bir sıra idman hərəkətləri bəzən insana zərər verə bilər. Məsələn, ödündə daş olan insan ayaqlarını düz saxlamaqla bədənini sürətli şəkildə sağa və sola hərəkət etdirən bir idman hərəkətini etsə, qısa müddət ərzində onun ödündə sancılar başlayacaqdır və s.
Fitneslə məşğul olmaq heç bir zaman gec deyil, hətta 55 yaşında da fitnesə başlaya bilərsiniz. Yenə də vurğulayıram ki, əsas olan odur ki, mütəxəssislə məsləhətləşəsiniz.

Fitnes bədənə forma verən idman növlərindən bir qədər fərqlidi. Fitneslə ən birinci sağlam olmaq üçün məşğul olurlar. Fitnes zamanı qaçmaq, pedal fırlatmaq kimi kalori sərf edən və yağ yandıran hərəkətlər edilir. Bunların da sayəsində əzələlər çox da böyüməz. Onlar sadəcə olaraq elastikliyini bərpa edər və estetik gözəllik əldə edərlər.
Fitneslə məşğul olmazdan əvvəl bir sıra qaydalara riayət etmək lazımdır. Məsələn, ona uyğun geyim geyilməlidir, uyğun idman ayaqqabısı geyilməlidir. Mütəxəssisin verdiyi proqrama riayət edilməlidir. Müxtəlif zədələrin yaranmamağı üçün fitnesə başlamazdan əvvəl isinmə hərəkətlərini etmək lazımdır. Fitneslə məşğul olarkən bunu mütəmadi olaraq etmək lazımdır. Bununla yanaşı sağlam qidalanmaq da zəruridir. Sağlam qida fitneslə məşğul olanlar üçün çox önəmlidir. Bu, fitnesin ən təməl addımlarından biridir.
Yuxarıda qeyd etdim ki, fitneslə mütəmadi olaraq məşğul olmaq lazımdır. Gəlin, baxaq görək fitneslə mütəmadi məşğul olmağın hansı müsbət yönləri var. Mütəmadi olaraq fitneslə məşğul olmaq bizə nə qazandırır?
Məhsuldarlığı artmış ağciyər və sağlam şəkildə işləyən bir ürək;

Məhsuldar bir şəkildə arıqlamaq;
Sümüklərin möhkəmlənməsi;
Sağlam dəriyə sahib olmaq;
Uzun və sağlam bir həyat;
Beyin inkişafı və düşünmə qabiliyyətinin artması;
Müsbət baxış tərzi;
Cinsi güc;
Özünə hörmət (psixoloji cəhətdən);
Normal və rahat bir yuxu.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri