Kilo artıran 7 əsas səbəb

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 240
Səs ver:
(səs: 0)
Artıq kilolar, sadəcə estetik problemlərə yol açmaqla qalmayıb diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinə də səbəb ola bilir. Son illərdə insan sağlamlığını təhdid edən artıq kilo alma səbəblərinin araşdırılması və gərəkli qərarların alınması sağlam yaşamaq üçün böyük məna daşıyır.

Tiroid hormon azdırsa…
Artıq kilolar əsasən hərəkətsiz yaşam tərzi və yüksək kalorili qidalanma vərdişlərindən yaranır kimi görünsə də bunlarla yanaşı olaraq fikir verilməyən fərqli səbəblər də kilo almağa səbəb olur. Kilo almağın ən əsas səbəblərindən biri hormonal pozğunluqlardır. Bunların başında hipotiroid; yəni qalxanabənzər vəzin funksiyasının azalması durur. Klimaks kimi hormonal çatışmazlıq, insülin çoxluğu və kortizol artıqlığı da kilo almağa səbəb ola bilər. Kilo aldıqça insülin hormonu gedərək artır, insülinə rezistentlik (öyrəşmə) adı verilən hal ortaya çıxır və bunu izləyən daha çox yemək yemə ehtiyacı yaranır və nəticə olaraq kilo almaq kimi qüsurlu dövran yaranır.

Ana-ata günahkardır!

Bu səbəbə bağlı kilo artıqlığı, bədən-kütlə indeksinin 40-dan yuxarı olduğu zaman fikirləşilməlidir. Kilo alan xəstələr müayinə olunduqda genetik xusisiyyətin, kilo almaq səbəbləri arasında gözləniləndən daha az yer tutduğu görülmüşdür. Genetik səbəbli kilo artıqlığında, ailə üzvlərindən bəlkə bir neçəsində və bir neçə nəsildədir ki, bu problem vardır. Bu problemin irsi kimi qiymətləndirilməsində ən önəmli səbəb isə; ailə üzvlərinin davranış olaraq (yemə, idmanla məşğul olma) biri-birinə oxşar olmalarıdır. Əgər valideyn düzgün hesab etdiyi lakin qeyri-düzgün qidalanmanı və həyat tərzini övladına aşılıyırsa, bu ar.tıq çəkiyə səbəb olan qidalanma və həyat tərzi həmin şəxsdə artıq kiloya gətirib çıxaracaq.

Həzm sistemini pozğunluqları...
Həzm sisteminin normal fəaliyyəti üçün gərəkli olan bakteriyalar vardır. Onların normal miqdarda olması insanın normal çəkisinə təsiri vardır.

Bəzi dərman preparatları...
Dərman preparatları istifadə edərkən ehtiyatlı olun. Beləki, müasir cəmiyyətin sosial problemi olan depresiyaların müalicəsində istifadə olunan antidepressantlar, həmcinin bəzi sonsuzluqda istifadə olunan bəzi hormonal preparatlar və bir sira digər dərman preparatlarının kilo artımına səbəb olma kimi əlavə təsirləri var. Həmçinin ətraf mühütdə havanın təmiz olmaması hormonların funksiyasının pozulmasına, iştahın artmasına və beləliklə artıq çəkiyə səbəb olur.

Sürətli yemək yemək...
Sosial cevrəmiz səbəbi ilə olmalı olduğumuz kollektivlər, su icməmək, yemək vaxtının sabit olmaması və televizora baxarkən nə isə yemək, sürətli yemək yemə kimi vərdişlər kilo almaq kimi səbəblərin arasındadır. Sürətli yemək yemə vərdişini dəyişmək lazımdır. Ağızda dad reseptorları ilə əlaqəli olaraq hormonlar həm həzm sisteminə, həm də doyma mərkəzinə təsir edərək yemə vərdişinizi dəyişir. sürətli yemək yedikdə sürətli insulin ifrazı yemək yeyildikdən sonrakı saatlarda qan şəkərində düşmələrə və təkrar təkrar coxlu qida tələbinə yol açaraq kilo almağı sürətləndirir. Problem fast food yeməklərindən çox sürətli yeyilməsindədir. Yeməklər yavaş yavaş yeyilməli və çox çeynəlməlidir.

Psixoloji səbəblərdə...
Qidalar orqanizm tərəfindən sadəcə bir yeyəcək qida kimi deyəl həmçinin zövq və dad olaraqda qəbul edilir. Stress, depresiya kimi hallar insanların kimində lazımından çox yemə ilə kilo almağa, ya da bir şey yeməmə ilə kilo itirməyə səbəb ola bilər. Psixoloji problemlərin yaşandığı zaman gecə daha az yataraq yemək yemələrin artırma ən önəmli səbəblərdir.

Yuxu rejimində səhvlər...
Orqanizmdə hüceyrələrin böyüməsinə səbəb olan hormonlar işıq və qaranlıqdan asılı olaraq ifraz olunur. Bunun üçün vaxtında oyanma və qalxma prinsipi həyati vacib önəm daşıyır. Yatılan yerdə tam qaranlıq olmasına xüsusi fikir verilməlidir. Yemək yemə davranışı dəyişildiyi kimi hüceyrələrdə enerji depolama və istifadə etmə forması da pozulur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 240
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri