Diqqət: Kökəlməyin ən sağlam yolları

Müəllif: Love Angel
Şərhlər: 6
Baxılıb: 3 791
Səs ver:
(səs: 1)
Hər zaman arıqlama haqqında verilən xəbərlərin əksinə olaraq, bu dəfə sağlam şəkildə köökəlmək haqqında məlumat verəcəyik.

Qaynanmış lobyanı zeytun yağı ilə yemək insanı kökəldir.

Ağ xaş-xaş yağı və bağayarpağı suyu içmək də bu baxımdan faydalıdır.

Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar.

Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət təsir göstərir.

Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur.

Kökəlmək üçün şirin və yağlı yeməklər məsləhət görülür.

O cümlədən, 1 st. qabığlı noxudu inək südündə 1 gün isladır, bu müddətdə 3 dəfə südü təzələyir, sonra yeyirlər.

1st. yuyulmuş düyünü, həmin miqdarda şəkər, ağ xaşxaş, buğda və qabıqsız arpa, 0,5 st. badam ilə qatışdırıb döyür, hər gün ondan 2-3 x.q. qədər işlədirlər.

Arıqlıq fikirdən, qəmdən olarsa həyat tərzini dəyişmək, şənlənmək, xoş ətirlər iyləmək, yumşaq paltar geymək və rahat yataqda yatmaq məsləhət görülür. Kəskin, turş və acı yeməklərdən pəhriz saxlamaq münasibdir. Arıqlamanın səbəbi mədə zəifliyi, həzmin pis olması, keyfiyyətsiz qida, qan azlığı, qara ciyər və dalığın xəstəliyi ola bilər. Bu halda həmin səbəblərini aradan qaldırmaq üçün müalicə almaq lazımdır.

Arıqlamanın əsas səbəbi həzmin pozulmasıdır. Qidalanma və həzm prosesini nizamlamaq üçün meyvə-tərəvəzi çox işlətmək, iştaha açan yeməklərdən istifadə etmək, bununla yanaşı açıq havada gəzmək, hərəkət etmək, yaxşı istirahət etmək lazımdır.

Kökəlmək üçün, səhərlər üzüm, kişmiş, əncir, noxud, yerkökü, tut, pendir-çörək, kərə yağı ilə bal yemək faydalıdır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri