İnsan qətiliklə kilo alacam deyə nizamsız qidalanmağa başlamamalıdır.
İnsan hər gün 3 ana pay, 3 ara pay olacaq şəkildə gündə 6 pay yeməlidir. Payların unudulmaması çox əhəmiyyətlidir.
Yeməkdən əvvəl idman edilməlidir xüsusilə yeriş, qaçış, dartınma dilməlidir. Bu həm iştahı açar həm də alınan kilonun sağlam bir şəkildə alınmasını təmin edər.
- Süd və süd məhsullarına, ət və ət məhsullarına çox yer verilməlidir.
- Qəbul edilən karbonhidrat miqdarı artırılmalıdır.
- Südə bal, şəkər, bəkməz, cem əlavə edərək içə bilərsiniz.
- İçkilər yemək əsnasında deyil, yeməkdən 30 dəq əvvəl və ya 30 dəq sonra içilməlidir.
- Turşulu içkilər yerinə təzə meyvə suları qəbul edilməlidir.
- Yatmadan əvvəl yemək yeyilməlidir və ya hər hansı bir şirniyyata üstünlük verilməlidir.
- Yeməklərdən sonra şirniyyat yeyilməlidir.
- Kilo alacam deyə çox yağlı yeyilməməlidir. Yağla alınan kilo sağlamlıqsız bir kilodur.
- Fındıq, fıstıq, badam, qoz vs. yeyilməlidir.
- İçinə şəkər qatılaraq qatıq yeyilməlidir.
- Hər gün yumurta yeyilməlidir.
- İştahsızlıq vəziyyətlərində aclığa görə deyil, pay saatlarına görə qidalanılmalıdır.
- Yeməklər qaynatma, sobada bişirmə, buğulama, qızartma etmə üsulları ilə hazırlanmalıdır.
- Qatı yağlar yerinə maye yağlayar seçilməlidir.