Kökəlmək üçün faydalı pəhriz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 34 522
Səs ver:
(səs: 6)
Bu gün sizlərlə kilo aldıran bir pəhriz paylaşacağam. Bir çoxumuz zəifləmək üçün çalışırıq. Lakin kilo almaq istəyənlərin sayı da az deyil... Kimimiz doğuşdan, özünü biləndən zəifdir, kimimiz stressdən, kimimiz isə müxtəlif xəstəliklərə görə zəifləmiş vəziyyətdəyik. Kilo almaq üçün nələr etmək lazımdır? Çəki aldıran yeməklər və kilo aldıran üsullar hansılardır? Bu gün bunlara cavab axtaracağıq. Əvvəl kilo alma təkliflərinə bir nəzər salaq. Daha sonra sizlərə kilo almağınızda kömək edəcək pəhriz təqdim edəcəyəm.

Çəki alma təklifləri.

Çəki almaq üçün hazırlanan pəhrizdə, siz öz xüsusiyyətlərinizi nəzərə almalısınız. Çəki almaq üçün nə qədər kalori almalısınız, gündəlik enerji ehtiyacınız təyin olunmalıdır.

Maddələr mübadiləsi sürəti gün içərisində fərqlilik göstərməkdədir. Səhər maddələr mübadiləsinin sürətli çalışarkən axşam vaxtlarında yavaşlamaqdadır. Maddələr mübadiləsini sürətlə yavaşladığı zaman yediyiniz yeməklər daha asan kiloya çevrilər.

Maddələr mübadiləsi 30 yaşdan sonra yavaşlayar və kilo alışı daha asan olar.

Çəki almaq üçün gündəlik lazım olan kalori ehtiyacımızdan çox olaraq 500 - 1000 kalorilik əlavə edilməlidir. Məsələn adamın gündəlik kalori ehtiyacı 2300 kaloridir kilo almaq üçün isə 2700-3300 kalori təmin edən bir bəslənmə proqramı yaradılmalıdır. Kalori miqdarında ediləcək artım isə karbohidratların artırılmasıyla edilməlidir.

Kalorisi yüksək amma həcm olaraq kiçik qidalara yer verilməlidir. 3 ana paya əlavə olaraq 2-3 ara payda kilo alma proqramına əlavə edilməlidir. Karbohidrat, yağ, zülal arasında nisbət balanslı olmalıdır.

Çəki alma vaxtı idman və məşq edilməsi yağlanmanın qarışını alar və əzələ kütləsini artıraraq sağlam kilo alışını təmin etməsi baxımından əhəmiyyətlidir.

Buna görə piylənmənin qarşısını almaq üçün məşq edilməlidir. Gündəlik alınan kalori miqdarı xərclənən enerjidən yüksək olmalıdır. Bu səbəblə qidaların nə qədər kalorisi olduğunu öyrənərəl gündəlik bəslənmənizdə nə qədər kalori aldığınızı bilməlisiniz.

Kilo almağa çalışarkən tək istiqamətli bəslənmədən uzaq durulmalıdır. Bütün qida qruplarına yer verilməsi əhəmiyyətlidir. Çəki almaq üçün diyet proqramı qurmaqda çətinlik çəkirsinizsə diyetoloqa müraciət edin.

Kilo alarkən sağlamlığınıza diqqət yetirməlisiniz. Buna görə sağlam kilo almaq üçün vitamin, mineral və lazım olan qiymətli maddələri kifayət qədər almalısınız. B qrupu vitaminlər kilo almaqda sizə kömək edəcək.

Gecələri yatmadan bir neçə saat əvvəl yeyilən yeməklər daha asan kilo almağa kömək edir. Həzmi məcbur etməyəcək lakin kalorisi yüksək yeməklər yeyə bilərsiniz.

Çəki almaq üçün bir başqa üsulda idmançıların istifadə etdiyi enerji artırıcı, kilo aldırıcı karbonhidrat məhsullarıdır. Bu cür kilo aldırıcı məhsulların 100 qramı təxminən 350 - 400 kalori arasındadır. 1 litr südlə qarışdırıb gün içərisində bir neçə dəfə də bunu içmək əlavə kalori alışı üçün bir yoldur. Ayrıca yenə südün içərisinə bir neçə qaşıq bal 4-5 qaşıq süd tozu əlavə edə bilərsiniz.

Bu cür idmançı qidaları çox sayda olmasına baxmayaraq keyfiyyətləri eyni olmaya bilər. Saxta və ya zərər verici maddə ehtiva edən məhsullar ola bilər. Buna görə yaxşı firma seçməli və uzun fasilələrlə istifadə etməməlisiniz. Bu cür idmançı qidalarını kilo alma diyetində müəyyən bir müddət istifadə sona ara vermək daha doğrudur.

Kilo aldırıcı pəhriz.

Səhər yeməyi:
1 çay qaşığı bal ya da bəhməz
1 ədəd qaynadılmış yumurta
70 qram qədər ağ pendir
5 qram qədər yağ
5 dilim çörək
10-15 ədəd qara zeytun
1 stəkan şəkərli süd

Artar pay (10.30 - 11.00 saatları arası)
1 böyük stəkan meyvə suyu
4 ədəd biskvit

Nahar
120 qram qaynamış ət və ya kartoflu toyuq əti
Bol yağlı salat
5-6 yemək qaşığı plov
1 qab tərəvəz yeməyi
3 ədəd paxlava ya da xəmirli şiriyyat
250 qram qədər qatıq
4 dilim çörək

Ara pay (15.30 - 16.00 saatları arası)
50 qram pendir
2 ədəd böyük meyvə
2 dilim çörək

Axşam yeməyi
1 kasa şorba
100 qram qızartma balıq ya da ət
1 qab tərəvəz yeməyi
3 dilim çörək
1 kasa südlü şiriniyyat yada pudinq
8-10 ədəd quru ərik

Gecə (21.30 - 22.00 saatları arası)
30 qram qədər pendir
1 dilim çörək
1 böyük stəkan ballı süd

Bu pəhriz asanlıqla hər kəsin tətbiq edə biləcəyi bir pəhrizdir. Çəki almaqda çətinlik çəkənlər, kilo almaq istəyənlər üçün nizamlı tətbiq edildikdə nəticə verəcək. Pəhriz nəticəsində kilo ala bilməsəniz bir mütəxəssisə müraciət edin.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 34 522
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri