Heç cür çəkisini artıra bilməyənlər də var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 6 027
Səs ver:
(səs: 1)
Bu gün insanlar daha çox artıq çəkidən əziyyət çəkir. Bunun üçün də daima pəhriz axtarışındadırlar. Ancaq zəif olub, heç cür çəkisini artıra bilməyənlər də var. İnsanın kökəlməməsinin bir neçə səbəbi var. Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, əgər siqaret çəkirs,ə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), əgər bağırsaqlarında qurd varsa, stress, depresiya, xəstəlikdən əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir.

Sağlam şəkildə kökəlmək üçün:

Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.
Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.
Qəbul edilən karbohidratın miqdarını artırın.
Südə bal, bəkməz, mürəbbə əlavə edərək için.
İİçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.
Təzə meyvə sularına üstünlük verin.
Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
Yeməkdən sonra şirniyyat qəbul edin.
Fındıq, fıstıq, badam, qoz və sairə yeyin.
Hər gün yumurta qəbul edin.
Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.

Unutmayın ki, kökəlmək xatirinə çox yağlı yemək yeməyin. Çünki yağ ilə artan çəki sağlamlıq üçün ziyandır.
Qeyd edək ki, ayda iki kq çəki artırmaq uğurlu nəticə hesab edilir.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 6 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri