Kökəlmək istəyənlər üçün!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 12 479
Səs ver:
(səs: 1)
Arıqlamaq, artıq çəkidən və piylənmədən xilas olmaq hal-hazırda dövrümüzün ən böyük sağlıq problemlərindəndir. İnsanlar bu problemi həll etmək üçün həm maddi, həm də mənəvi çox işlər görməli olurlar. Lakin arıqlamaq istəyənlərlə yanaşı, kökəlmək istəyən şəxslərə də rast gəlinməkdədir. Günümüzdə bəzi insanlar var ki, onlar arıq olduğundan kökəlmək istəyirlər. Belə insanların əsas məqsədi ən azından normal çəkiyə və baxımlı bədən quruluşuna sahib olmaqdır.
Çəki almaq, kökəlmək ən azından kilo vermək, çəki atmaq qədər səy və həvəs istəyir. Normal çəkiyə sahib olmaq üçün tələb olunan xərc əlbəttə ki, arıqlamaq üçün istifadə olunan maddi büdcədən daha çoxdur. Bunun üçün müxtəlif üsullar mövcuddur.
Çəki almaq üçün 1 su stəkan südü bir yumurta, bir az bal və ya bəhməz ilə qarışdırb mikserdən keçirməklə gündə 1-2 dəfə içmək lazımdır.
Fındıq, qoz, quru üzüm kimi kalorisi yüksək qidaların istifadəsi də uyğun görülür. Belə qidalara çərəz və meyvə quruları aid edilir.

Tez bir zamanda kökəlmək üçün yatmazdan qabaq 1 stəkan zeytun yağı içməyin faydalı olduğu və 1 ayda 10 kg çəki qazandırdığı bildirilir.

Bu məsələdə sağlam qidalanmaq olduqca vacibdir. Düzgün qidalanma rasionu kökəlməyinizə çox kömək etmiş olacaq.
Çəki almaq üçün heç də çoxlu miqdarda qida qəbul etmək düzgün deyildir. Kalorili, təbii və faydalı qida maddələrini günlük cədvəlinizə uyğun qəbul edin.

Bu məsləhətlərə əməl edərək bədən quruluşunuz və orqanizminizdən asılı olaraq 1 ay ərzində 5-10 kq çəki artıra bilərsiniz. İstifadədən öncə həkiminizlə məsləhətləşməyi də unutmayın!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 12 479
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri