* İnsan qətiliklə kökəlmək istəyirəm deyə nizamsız qida almağa başlamamalıdır. Bu üsul kilo aldırsa belə alınan kilo bir işə yaramıyacaq, təkcə qarında şişlik meydana gətirəcək.
* Hər bir insan orta hesabla hər gün 3 əsas yemək, 3 ara pay olacaq şəkildə gündə 6 pay qidalanmalıdır. Payların təxirə salınmaması çox vacibdir.
* Yeməkdən əvvəl idman edilməlidir xüsusilə gediş, qaçış, jim, edilməlidir. Bu həm iştahı açar, həm də alınan kilonun möhkəm bir şəkildə alınmasını təmin edər.
* Süd və süd məhsullarına, ət və ət məhsullarına üstünlük verilməlidir.
* Qidada karbonhidrat miqdarı artırılmalıdır.
* Südə bal, şəkər, bəhməz, mürəbbə əlavə edərək içə bilərsiniz.
* İçkilər yemək əsnasında dəyil, yeməkdən 30 dəq əvvəl və ya 30 dəq sonra içilməlidir.
* Turşulu içkilər yerinə təzə meyvə suları qəbul edilməlidir.
* Yatmazdan əvvəl yemək yeyilməlidir və ya hər hansı bir şirin yeyilməlidir.
* Yeməklərdən sonra şirin yeyilməlidir.
* Çəki alacam deyə çox yağlı yeməklər yeyilməməlidir. Yağ ilə alınan kilo möhkəm olmayan bir kilodur.
* Fındıq, fıstıq, badam, qoz və s. qəbul edilməlidir.
* İçinə şəkər qatılaraq qatıq yeyilməlidir.
* Orta hesabla hər gün yumurta yeyilməlidir.
* İştahsızlıq vəziyyətlərində aclığa görə dəyil, nahar saatlarına görə qidalanmaq lazımdır.
* Yeməklər qaynatma, sobada bişirmə, buğlama, qızartma etmə üsulları ilə hazırlanmalıdır.