İndiyə qədər "Necə arıqlayaq?" mövzusunda tövsiyələr çox eşitmişik. Bu gün isə bir çoxlarını düşündürən belə bir sual var - "Necə kökəlim?"
Araşdırmalara görə, kökəlməmək problemi əsasən kişilərdə yaşanır. Qadınlarda da eyni problemə rastlana bilər. Unutmayın, alınan kalori sərf edilən kaloridən çox olarsa, kökələ bilərsiniz.
Maddələr mübadiləsi səhərlər sürətli işləyir, axşama doğru isə yavaşlayır. Maddələr mübadiləsinin yavaşladığı saatlarda yediyiniz yeməklər sizə daha çox çəki qazandıracaq.
Qadinla.com kökəlmək istəyənlərə bu arzusunu gerçəkləşdirmək üçün bəzi tövsiyələr təqdim edir.
Səhər yeməyini ötürməyin, mütləq yeyin
Hər səhər mütləq yemək yeyin. Səhər yeməyini erkən saatlarda etməniz eynilə balaca körpə kimi ideal bədənə qovuşmanıza yardım edəcək. Balaca dilim çörək+kolbasa, ya şirin kökə ilə ötüşdürməyin.
Axşam meyvə və salat yemək
Axşam meyvə və salat yeyirsinizsə, kökəlməyi unudun. Çiy olan bu qidalar həzmi çətinləşdirdiyi üçün gecə rahat yatmanızı əngəlləyər.
Axşam çox gec yatmaq
Əgər siz saat 23:00-02:00 saatlar arasında yatmırsınızsa, o zaman kökəlməyi unudun. Kökəlməniz üçün bu saatlar arasında yatmalısınız.
Kökəlmək üçün yeməklərə kiçik miqdarda atılan kətan toxumunun qısa müddətdə faydasını görəcəksiniz.
"Nə gəldi yemək, təki ağzım işləsin" üsulu ilə kökəlmək mümkün deyil. Bunun yerinə həcm olaraq kiçik, amma tərkibi kalorili olan yeməklər daha təsirlidir.
Səhər yeməyindən sonra 2 əsas yemək, 2 ara yemək ən ideal qidalanma şəklidir. Bu qidalar zamanı protein və karbohidrat qəbuluna diqqət edin.
Qidalanma tövsiyələri:
Səhər yeməyinə 1 dilim taxıllı çörək və fıstıq əzməsi əlavə edin.
Ara yeməklərdə qoz, fındıq, badam, quru ərik, fıstıq, şokolad yeyin.
Sobada qızardılmış kartof, toyuq, balıq, süd, pendir, qatıq kimi qidalara üstünlük verin.
Şəkər tərkibli içkilər yerinə təzə sıxılmış meyvə suları, süd için.
Özəlliklə axşam saatlarında kökəlmək üçün çörək, makaron, plov yeyin.
Yediyiniz şirniyyatın enerji dəyərini artırmaq üçün içinə 2 qaşıq qoz əlavə edin.
Səhərlər çay yerinə südün içinə 1 çay qaşığı bəhməz qataraq için.
Yeməklərdə ədviyyat istifadəsini artırın. Özəlliklə nanə, qırmızı bibər kimi ədviyyatlar iştahaçıcıdır. Suyu yeməklərdən sonra için. Kökəldən qidalar: Yulaf əzməsi Üzüm suyu Quru üzüm Quru ərik Küncüt Balıq yağı Fındıq yağı Kətan toxumu Quzu ciyəri Yumurta Kərə yağı Ananas suyu Alma suyu Qoz Avokado Çörək Qara düyü
Kökəldən menyu Səhər: 60 qr tam yağlı pendir, 1 ədəd qaynanmış yumurta və ya qayğanaq, 5 ədəd zeytun, 2-3 dilim çörək, 1 çay qaşığı bal/qaymaq, 1 stəkan tam yağlı süd
Ara yemək: 1 ovuc qoz-badam, 1 kasa tam yağlı yoqurt
Günorta: 120 qram qızardılmış toyuq, ya da balıq, 2-3 dilim çörək, 1 kiçik kasa zeytun yağlı salat, 1 stəkan ayran
Ara: 1 stəkan meyvəli milkshake ya da meyvə ətirli süd, 1 ovuc badam ya da fındıq
Axşam: 1 qab quru paxlalı yemək, ya da 120 qr qızardılmış ət, 1 qab plov, ya da tərəvəz souslu makaron, 1 kasa qatıq