Kişilərin arıqlaması üçün sadə pəhriz

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 8 906
Səs ver:
(səs: 1)
Məlumdur ki, qadın və kişinin maddələr mübadiləsində olan fərqlərə görə qadınlar məşq və fiziki hərəkətlər vasitəsi ilə artıq çəkidən daha tez azad olurlar. Kişilər isə doğru pəhrizə riayət etdikdə müvəffəqiyyətlə piyləri yandırır və arıqlayırlar. Lakin əksər pəhrizlər əsasən qadınlar üçün nəzərdə tutulub.

Unutmamaq lazımdır ki, arıqlamaq istəyən adi kişi xıyar və qatıq və ya digər kalori miqdarını və doymuş yağları məhdudlaşdıran az kalorili pəhriz saxlamağa cəhd göstərsə, bu onun testosteron hormonunun səviyyəsinə mənfi təsir göstərəcək. Nəticədə əzələ kütləsi azalacaq və libido aşağı düşəcək.

Qarını necə yığmaq olar?
Kişidə yan tərəflərdə və qarında yığılan piy enerji ehtiyatıdır. Orqanizm yalnız qida ilə qəbul edilən kalori gündəlik ehtiyacı ödəmək üçün kifayət olmadıqda bu enerji ehtiyatının sərf edilməsinə başlayacaq. Beləliklə, kişilərin iki variantı var: ya kaloriləri məşqlər vasitəsilə sərf etməli, ya da qidanın kalori miqdarını azaltmalı. Məsələn, bir paçka çipslərdəki kalorini yandırmaq üçün 11 km qaçmaq lazımdır – razılaşın ki, elə əvvəldən bu çipslərdən imtina etmək daha asandır.

Kişilər üçün pəhriz
Kişilər üçün pəhriz sadəcə “qarının çıxmasına səbəb olan məhsullardan” imtina edib 14 gün yağsız kəsmiyə keçməkdən ibarət deyil, lakin ömürlük qida vərdişlərinin dəyişməsidir. Kişilər üçün arıqlama pəhrizi rasionun kaloriliyinin azaltmasını, fastfuddan imtina edilməsini və qida lifləri ilə zəngin olan məhsulların miqdarının artırılmasını nəzərdə tutur.

İdmanla məşğul olmaq şərtidir – məhz pəhriz vasitəsilə arıqlamaq mümkündür, saatlarla qaçmaqla özünüzü yormağa ehtiyac yoxdur. Lakin nəzərə almaq lazımdır ki, irəliləmə tədricən baş verəcək. Başqa sözlərlə, siz 10 gündən sonra deyil, 2-3 aydan sonra arıqlayacaqsınız. Yenə qeyd edirik ki, kəskin arıqlama kişilər üçün zərərlidir.

Kişilər üçün arıqlama: əsas qaydalar
Müvəffəqiyyətlə arıqlama gündəlik rasionun tədricən piy yandırmaq üçün pəhrizə çevrilməsini nəzərdə tutur. İlk gündən kalori və zülal, yağ, karbohidratların miqdarını saymaqla ikinci həftəyə çaşacaqsınız və bu qəliz işdən əl çəkəcəksiniz. Pəhrizin birinci ayında ilk növbədə orqanizmin doyması barədə siqnalları eşitmək vacibdir.

1. Səhər yeməyi və nahar əsas qida qəbuludur. Kişilərdə artıq çəkinin artması və qarında piyin yığılmasının əsas səbəbi səhər yeməyini qəbul etməmək, sonra nahar vaxtı nəsə atışdırmaq və günün sonunda yuxudan qabaq yaxşıca şam etməkdir. Daha tez yuxudan oyanıb səhərlər yaxşı yeməyi vərdiş edin.

2. Şam vaxtı karbohidratların miqdarını azaldın. Əgər artıq bir neçə ildir ki, sizin şam yeməyinizi qızardılmış kartof, çörək və peçenye ilə şirin çay təşkil edirsə, çəkinizn artmasına təəccüblənməyin. Kişinin arıqlaması üçün şam yeməyinin zeytun yağı ilə salat və yaşıl tərəvəzli qarnir, Omeqa-3 yağı ilə zəngin somğa balığı və ya yağsız ət porsiyasından ibarət olması doğru olar.

3. Şirniyyatdan imtina edin. Məhz şəkər və şirin un məmulatları maddələr mübadiləsini pozan və orqanizmi daimi aclıq hissini keçirməyə məcbur edən əsas səbəbdir. Yaxşı xəbər ondan ibarətdir ki, kişilər öz pəhrizlərində şiriyyatdan qadınlardan daha rahat tamamilə imtina edə bilirlər.

4. Tox olduğunuzu hiss etməyə öyrənin. Standart porsiyalara vərdiş edin, əlavə yemək tələb etməyin, masadan yüngül aclıq hissi ilə ayrılın. Unutmayın ki, toxluq hissi 20 dəqiqədən sonra gəlir.

5. Güc tələb edən məşqlərlə məşğul olun. Artıq çəkidən azad olmaq göründüyü kimi çətin deyil. Lakin bədəni qaydaya salmaq və oturaq həyat tərzinə görə itirilmiş əzələləri qaytarmaq çətindir. Özünüzü 25 yaşda olduğu kimi hiss etmək istəyirsiniz? Güc tələb edən məşqlər yalnız əzələləri möhkəmləndirmir, həmçinin kişi hormonlarının səviyyəsinin artmasına yardım edir.

Kişilər üçün pəhriz: təxmini menü
Kişilər üçün arıqlama pəhrizi iş qabiliyyətinin artması üçün səhər rasionda sürətli karbohidratların olması, əsas qida qəbulu (ən çox karbohidrat miqdarı) nahara düşür, şam yeməyində isə kifayət qədər çox miqdarda tərəvəz (qida liflərinin mənbəyi), yağsız ət və faydalı bitki yağları üzərində qurulur.

Səhər yeməyi:
Banan və bir ovuc ləpə (qoz və ya sidr qozu) ilə bir kasa südlə hazırlanan yulaf sıyığı (30-50 q)

Nahar:
Toyuq filesi və zeytun yağı ilə pomidorlu iri porsiya qarabaşaq sıyığı. Təxminən 100-120 q qarabaşaq yarması, 100 q toyuq və 10-15 q zeytun yağı (sonda əlavə edilir) istifadə edin.

İkinci nahar:
Üç ədəd toyuq yumurtası ilə omlet

Şam:
Zeytun yağı ilə qarışdırılmış mal əti ilə tərəvəzli raqu. 200-300 q müxtəlif tərəvəz (yunan qabağı, şirin bibər, qarğıdalı), 100 q balqabağ və ya kartof (şirin kartof yaxşı olar) və 100-150 q mal əti istifadə edin.

Hansı məhsullardan imtina etmək lazımdır?
Kişilər üçün arıqlama pəhrizi sürətli karbohidratlardan (şəkər, şirin un məmulatları, şirniyyat) və çox miqdarda doymuş yağ tərkibli məhsullardan (çipslər, kolbasa, mayonez, yağlı ət) maksimum imtina etməyi nəzərdə tutur. Ümumiyyətlə, tez hazırlanan qidalar qadağan olunur – hazır pizza, düşbərə, ətqutabı, hamburgerlər və s.

Pəhriz saxlayan kişilərə alkoqol qəbul etmək olarmı sualına cavab isə - içməsələr daha yaxşıdır olacaq. Alkoqolun problemi onun yüksək kalorili olmasında deyil, onun iştahanı artırmasında və qidaya qarşı məhdudları qaldırmasındadır. Lakin əgər siz özünüzü əldə saxlayacağınıza əminsinizsə, bir qədər alkoqol qəbulu məqbuldur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri