Qarındakı piyləri yandıran bitki çayları

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 5 048
Səs ver:
(səs: 0)
Artıq çəkidən xilas olmaq və qarnınızdakı piyləri əritmək istəyirsiniz?

Qadınla.com bildirir ki, qarnınızdakı artıq piylərdən qurtulmaq üçün təbii vasitələrdən faydalana bilərsiniz. Bunun üçün gün ərzində iki fincan bitki çayı içə bilərsiniz.

Təqdim etdiyimiz seçimlərdən istifadə edərək hər həftə müxtəlif bitki çaylarını içə bilərsiniz.

Darçın çayı
Aparılan araşdırmalar darçının qan şəkərini və insulini stabilləşdirdiyi göstərib. Gün ərzində iki fincan darçın çayı içərək iştahınızı tənzimləyib, qarın yağlarınızı əridə bilərsiniz.

Darçın çayının resepti
Bir ədəd quru darçın çubuğunu 1 stəkan suda vam odda qaynadaraq süzün. Çayınız hazırdır.

Qarın piylərini yandırmaq üçün bitki çaylarını günortadan sonra və axşam yeməyindən iki saat əvvəl içə bilərsiniz.

Yaşıl çay
Arıqlamaq istəyənlərin ən böyük köməkçisi yaşıl çaydır.

Yaşıl çayın tərkibindəki faydalı kofein və ekstraktlar yağları yandırır. Gün ərzində iki fincan içmək idealdır.

Yaşıl çay resepti
Bir fincan isti suya bir çay qaşığı yaşıl çay əlavə edərək beş dəqiqə dəmə qoyun. Daha sonra süzərək için.

Çayınızı daha da ləzzətli etmək üçün içinə mixək və ya portağal dilimi əlavə edə bilərsiniz.

Cirə çayı
Aparılan bir elmi araşdırmada cirə çayının bədəndəki yağları sürətlə yandırdığı görülüb. Hər gün iki fincan qəbul edərək artıq yağlarınızı yandırmağa başlaya bilrəsiniz.

Cirə çayı resepti
Bir çay qaşığı cirənin üzərinə 1 stəkan su əlavə edərək vam xodda qaynadın. Beş dəqiqə gözləyərək süzüb içə bilərsiniz.

Qarın piylərinizi əritməyə kömək edən bitki çaylarının istifadəsi

Qeyd etdiyimiz kimi, hər gün iki fincan günortadan sonra və axşam yemeyindən iki saat əvvəl içmək mütləqdir. Budan əlavə hər həftə çayları dəyişmək lazımdır. Məsələn, bu həftə yaşıl çay içmisinizsə, digər həftə darçın, daha sonra isə cirə çayı içərək daha yaxşı nəticə əldə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri