Arıqlamaq və ideal bədən formasına sahib olmaq arzusu çox vaxt pəhrizin ilk günlərində güclü olur. Sonra tədricən qətiyyət azalır, arada pəhrizə daxil olmayan qidalar menyuya daxil olur və nəfsi cilovlamaq növbəti günə təxirə salınır. Psixoloqların araşdırmalarına görə, pəhrizə başlayanların yalnız 20 faizi onu sona kimi çatdıra bilir.
Artıq çəki təkcə xarici görünüşə xələl gətirmir, həm də sağlamlıq üçün ziyandır. Artıq kilolardan xilas olmaqda əsas maneə iştahadır. Qadınlar bəzən çox ağır pəhrizlərə əl atırlar və bu, orqanizm üçün əsl stress yaradır. Sübut olunub ki, streslə itirilən çəkilər geri qayıdır, lakin özü ilə birlikdə pis əhval-ruhiyyə, müxtəlif xəstəliklər də gətirir. Bəs nə etməli? Özünə və əsəb sisteminə əziyyət vermədən necə formada qalmaq, iştahanı necə “çərçivədə” saxlamaq olar?
Əslində arıqlamaq üçün ciddi pəhrizlərə ehtiyac yoxdur, əsas məsələ gündəlik rasiona diqqət yetirmək, iştahanı nəzarətdə saxlamaqdır. Elə rejim seçmək lazımdır ki, həm artıq kilolar yığılmasın, həm də aclıq hissi və güclü iştaha olmasın. Ən əsası qidanın tərkibində lazımi qədər zülal, yağ, karbohidrat, vitamin və mikroelementlər olmalıdır. Əgər orqanizm vaxtlı-vaxtında vacib maddələri qəbul etsə, onda iştaha ilə mübarizə aparmaq məcburiyyəti olmaz.
İştahanın yüksək olmasının bir sıra səbəbləri var. Çox vaxt güclü iştaha psixoloji problemlərin nəticəsi kimi meydana çıxır, qida xoşbəxtlik və sakitləşdirici vasitələrin əvəzedicisinə çevrilir. Yüksək iştaha ancaq stresli vəziyyətlərdə “hücum edir”, lakin zaman keçdikcə o, daimi yoldaşa çevrilir. Yemək ehtirası endokrinoloji problemlər, mədə-bağırsaq traktı xəstəlikləri, həmçinin düzgün olmayan qida vərdişləri və yuxusuzluq zamanı da yaranır.
İştahanın azaltmaq üçün xalq təbabəti üsulları
İştahanı azaltmaq üçün nə etməli?
Redakte etdi: PRETTY GİRL