Qan qrupuna görə dieta

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 753
Səs ver:
(səs: 0)
İnsanların qan qruplarının sağlamlıq və xəstəliklərlə əlaqəsi ilə bağlı aparılmış araşdırmalar onun insanın arıqlaması və ya kökəlməsinə birbaşa təsir etdiyi aşkar olunub. Mütəxəssislər yeyərək də arıqlamanın mümkün olduğunu və bunun üçün də qan qrupuna uyğun diyetaya riaəyət edilməsini tövsiyə edirlər.

I (0) qrup üçün dieta məsləhətləri.

I qrup üçün diyetanın lazımi nəticə verməsi üçün yağsız qırmızı ət, ağ ət və balıq yeməlisiniz. Taxıl məhsulları, çörək və paxlalı bitkiləri nə qədər az istifadə etsəniz, o qədər tez arıqlaya bilərsiniz. Buğdanın tərkibində olan qluten maddəsi I qan qruplu insanların arıqlamasının qarşısını alır. Buna görə də buğda unundan hazırlanmış qidalardan uzaq durmalısınız.

I qan qruplu insanların metabolizmaları zəif işləyə bilər. Tireoid hormonu istehsal etməkdən başqa vəzifəsi olmayan yodun lazımi miqdarda olmaması I qan qrupuna mənsub olanların yediklərinin kalorilərini yandırmağı çətinləşdirir. Buna görə də onlar dəniz məhsulları, yodlaşdırılmış duz, qaraciyər, qırmızı ət, ispanaq və brokolidən tez-tez istifadə etmələri məsləhət görülür. I qan qruplu insanlarıın mədəsində turşuluq miqdarı çox olduğundan əti asanlıqla həzm edə bilirlər. Lakin mədənizdəki turşuluğun həddini aşmaması üçün ət proteini ilə yanaşı meyvə və tərəvəzləri də yeməlisiniz. Bu qrupda olanlar süd məhsulları və yumurtadan uzaq durmalıdırlar. Çünki onların metabolizmləri zəif işləyir və süd məhsulları onu daha da zəiflədir. Lakin onlardan tamamilə imtina etmək düzgün deyil. Əks halda orqanizminizdə kalsium miqdarı aşağı düşə bilər.

I qan qrupundakılara duru yağlardan, xüsusilə zeytun yağından istifadə etmək tövsiyə olunur. Zeytun yağı ürək və damar sağlamlığınızı qorumağa kömək edəcək. Həmçinin bu yağın qandakı xolesterin miqdarını azaltdığı bilinir.

II (A) qan qrupu üçün dieta məsləhətləri.

Müasir dövrdə getdikcə daha çox yayılan fastfood – ayaqüstü yemək bütün insanlığın, xüsusilə II qrupun düşmənidir. II qrup bu daha çox tərəvəzlərə və taxıl məhsullarına üstünlük verməlidir. Metabolizm baxımından II qrup I qrupun tam əksidir. II qrup insanlar qırmızı ət yedikdə mədələrində ağırlıq hiss edir və enerji itirirlər. Amma proteinli ərzaqlar və tərəvəzlər bu qrupdakılara enerji verir, onların daha aktiv olmasını təmin edir. II qrupa daxil olanlar əti bədənlərində yağ kimi toplayırlar. Çünki onların mədələrində turşuluq miqdarı azdır.

II qan qrupundakıların süd məhsullarını həzm etməkdə çətinlik çəkirlər. Bunlar insulin reaksiyasını artırdığı üçün metabolizmi yavaşladır. Üstəlik süd məhsullarında doymuş yağ miqdarı yüksəkdir. Bu da köklüyə və diabet xəstəliyinə münbit şərait yaradır.

II qan qruplu insanlar sağlam şəkildə arıqlamaq üçün mümkün qədər az ət yeməlidir. Ət yediyiniz zaman isə yağsız olmasına fikir verin. Əti balıqla və toyuqla əvəz etməyiniz məsləhət görülür. Ət yeməklərini soyutma və ya sobada bişirsəniz, daha yaxşı olar.

II qan qrupu üçün hazırlanan diyetalarda ilk növbədə tərəvəzlərə önəm verilir. Orqanizmin mineral, ferment və anti-oksidant tələbini ödəmək üçün tərəvələrə üstünlük verilməlidir. Tərəvəzlər mümkün dərəcədə ciy və ya buxarda bişirilmiş halda yeyilməlidir. A (II) qrupundakı insanların diyeta siyahısına bibər, pomidor, kartof və kələm daxil edilməməlidir. Onlar üçün daha çox yararlı olanlar arasında kök, balqabaq və ispanaq var. Sarımsağı süfrənizdən əksik etməyin. Təbii anti-biotik olan sarımsaq həm immun sistemini gücləndirir, həm də qan üçün faydalıdır. Sarımsaq hər qan qrupu üçün lazımlı qidadır, lakin ən çox II qrup üçün xeyirlidir.

Gavalı və vişnə II qrup üçün faydalı meyvələrdir. Tropik bölgələrdə bitən meyvələr II qan qrupu üçün zərərli hesab olunur.

III (B) qan qrupu üçün dieta məsləhətləri.

B qrupunun diyetası müəyyən mənada I və II qan qruplarının birləşməsindən ibarətdir. Qarğıdalı, buğda, mərci, fındıq və susam III qan qrupundakı insanların çəkilərini artıran ərzaqlardır. Bu qidalar həmin insanlarda yorğunluğa, bədəndə su yığılmasına və qan şəkərinin düşməsinə səbəb olur. B qrupundakılar üçün qan şəkərinin səviyyəsinin düşməsi əsas problemlərdəndir. Yuxarıda göstərdiyimiz qidalardan uzaq durmaq onların bu probleminin aradan qaldırılmasına kömək edəcək.

III qan qrupu əgər istəsə, çox rahat şəkildə arıqlaya bilər. Bu qrupa daxil olanlar üçün cücə əti tövsiyə olunmur. Onun yerinə hinduşka əti yeyilməlidir. Balıqlar da III qrup üçün xeyirlidir, lakin xərçəng, krevetka, kalmar və midya kimi dəniz məhsulları onlara ziyan verə bilər.

Qan qrupları arasında süd məhsullarının xeyrindən yararlana bilən tək qrup III-dür. Həzm sisteminin nizamlı fəaliyyəti üçün III qrup zeytun yağından istifadə etməli, gün aşırı bir yemək qaşığı zeytun yağı yeməlidir. Susam, günəbaxan və qarğıdalı yağı B qrupunun həzm sistemi üçün zərərlidir.

Tərəvəzlərin demək olar ki, hamısı bu qrup üçün faydalıdır. Onlara mənfi təsir göstərən tərəvəzləri barmaqla saymaq olar. Bunlara zeytun və pomidoru misal göstərmək olar. Kartof, kələm və göbələyi digər qruplardan fərqli olaraq narahatçılıq olmadan yeyə bilərsiniz.

IV (AB) qan qrupu üçün dieta məsləhətləri.

Əgər IV qan qrupusunuzsa, yediklərinizə çox diqqətlə yanaşmalısınız. A (II) və B (III) qrupları üçün qadağan olan qidaların çoxu IV qrup üçün də ziyanlıdır. Ancaq həmin qruplara məsləhət görülməyən pomidor IV qrup üçün faydalı tərəvəzdir. IV qrup II və III qrupun xüsusiyyətlərini özündə birləşdirdiyi üçün müəyyən çətinliklər yarana bilər. Məsələn II qrupdakıla kimi mədənizdə turşuluq miqdarı az olsa, III qrupdakılar kimi ət yesəniz həzm sisteminizdə problem yaranma ehtimalı var, çünki yediyiniz ət bədəninizə yağ kimi geri qayıdacaq. Əgər ət yemək istəsəniz, onu tərəvəzlərlə birlikdə yeməyiniz məsləhətlidir.

Dəniz məhsulları, süd məhsulları və təzə tərəvəzlər arıqlamanıza kömək edəcəkdir.

Həddən artıq heyvani protein ilə qidalanmağınız həzm sisteminizi gücə sala bilər. Eynilə II qrupdakılar kimi bu qrupda da mədənin turşuluğu azdır. Ona görə də, az-az və tez-tez yemək yeməlisiniz. Quzu, qoyun, dovşan və hinduşka əti sizin üçün faydalı ola bilər. Dana və iribuynuzlu heyvanların ətindən istifadə etməməniz tövsiyə olunur. Qatıq, kefir və yağsız qaymaq sizin üçün uyğundur.

Yumurta sizin xolesterininizi azaltmağa və bədəninizin protein ehtiyacını ödəmənizə kömək edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 753
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri