Həkimdən arıqlamaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 4 770
Səs ver:
(səs: 1)
Rusiyalı dietoloq Yelena Astaxova sürətlə arıqlamağın zərərlərindən söz açıb.

Qadınla.Com xəbər verir ki, ekspert bu zaman insan qanında kəskin toksin ifrazının meydana gəldiyini və bədənin öz yağları ilə zəhərlənməyə başlaya biləcəyini söyləyib.

O, verdiyi müsahibədə buna yol verməməyi və qida rasionunu balanslaşdırmaq lazım olduğunu qeyd edib.

"Şəkər və su saxlayan qidaları çıxardıqda sürətlə arıqlamaq və effektiv nəticə əldə etmək mümükndür. Bu, daha çox şişkinliyin aradan qaldırılması, artıq suyun çıxarılması hesabına baş verir. Eskterimal qidalanma növləri uyğun deyil, çox incə balanslı rasiona keçməlisiniz. Bu vacib və psixoloji bir məsələdir, beləliklə qida məhdudiyyətlərinə gərək qalmır. Tədricən porsiyaları azaldırıq və sinir sistemini dəstəkləyirik.
Çəkini azaldan və artıran məhsullar düzgün seçildikdə, yağların utilizasiyası çox yaxşı baş verir" , - dietoloq qeyd edib.

Y.Astaxova sözlərinə onu da əlavə edib ki, pəhriz edərkən rasionda zülalların, karbohidratların və yağların miqdarını düzgün paylamaq lazımdır.

"Arıqlamaq istəyən insanların etməli olduğu başlıca qayda qida mədəniyyətini dəyişdirməsidir. Bunlar insanın illərlə yaşaya biləcəyi yeni vərdişlərdir. Ayda 20 kq itirmək dəhşətlidir! Həqiqətən də bundan ölə bilərsiniz. Bir ayda maksimum 10-15 kq arıqlamaq olar" , - həkim yekunda bildirib.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri