Soğan suyu pəhrizi - Doğrudur, yoxsa yanlış?

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 2 226
Səs ver:
(səs: 1)
Bir sıra internet səhifələrində soğan suyu ilə çəki verməyin mümkünlüyü barədə məlumatlar paylaşılır.
Bəs bu məlumatlar doğrudurmu? Soğan suyu həqiqətən arıqladırmı?
Mütəxəssislər qeyd edirlər ki, bitkilər tək başına çözüm ola bilməzlər. Amma soğan yan təsir olaraq fayda verə bilər. Metobalizmanı sürətləndirərək ya da toxluq hissini yaradaraq çəki vermədə kömək ola bilər. Mütəxəssislərə görə, bunun yanında pəhriz də etmək lazımdır. Soğan suyu da bu cür təsirə malikdir.

Soğan suyunun belə bir effekti var?
Araşdırmalara görə, soğanın birbaşa arıqlatmağa təsiri olduğu sübut olunmayıb. Amma kömək edə biləcək bir təsirə malikdir. Məsələn, soğan şorbasında kalorinin az olması səbəbi ilə sizi tox tutacaq. Yəni etdiyiniz pəhrizə az kalorili olması ilə dəstək verə bilər.
Soğan suyu pəhriz siyahısında "şok" dietlərdə daha çox yer alır.

Yəni bununla arıqlamaq düzgün deyil. Köməkçi bir məhsul kimi pəhrizinizə əlavə edə bilərsiniz. Amma soğan suyu ya da soğan şorbası ilə çəki atmaq xəyaldan başqa bir şey deyil.Soğan sağlamlığımız üçün də faydalıdır. Tərkibi vitamin və minerallarla zəngindir.
Soğan şorbasında olan vitaminlər; A, C, D, E, B1, B2, B5, B6, B12-dir. Həmçinin fosfor, kalium, mis, sink, maqnezium, folat, selenyum, dəmir, kalsium kimi mineralları da var.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 226
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri