Vərəm xəstələri üçün pəhriz

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 348
Səs ver:
(səs: 0)
Bu pəhriz vərəm xəstələri üçün nəzərdə tutulub. Pəhrizin məqsədi həzm prosesini yaxşılaşdırmaqla infeksiyadan zərər görmüş orqanizmin immunitetini qaldırmaq, orqanizmin müqavimətini artırmaqdan ibarətdir.Bu dietaya kalorili, bol vitaminli, zülallarla zəngin, südlü, karbohidratlı qida məhsulları daxildir. Vərəmli xəstələr gün ərzində 5 dəfə yemək yeməli və yeməyin tərkibində olan yağın miqdarını az-az artırmalıdırlar. Rasionda xüsusi qidalar yoxdur. Belə xəstələr istədikləri hər şeyi yeyə bilər, yanlız soyuq içki və soyuducu tempraturunda olan qidaları qəbul etmək olmaz.
Vərəm xəstələri uzun müddət həkim nəzarəti altında olmalıdırlar. Belə xəstələrin qara ciyərində problemlər yoxdursa, onlar istədiklərini yeyə bilərlər.

Vərəm xəsələrinin qida rasionunu aşağıdakılar təşkil edir:
- müxtəlif növ un məmulatları, peçenyelər
- şirniyyatlar, pirojnalar
- istənilən şorba
- müxtəlif növ ət və ət məhsulları
- süd məhsulları
- müxtəlif formada bişirilən yumurta
- qarabaşaq, perlova, düyü, yarma
- makaron məhsulları
- bütün növ meyvə və tərəvəzlər
- müxtəlif qəlyanaltılar
- bal, mürəbbə,bəkməz
- meyvə şirələri, itburnu və buğda kəpəyi dəmləməsi.

Vərəm xəstəliyi sağalması mümkün olan ağır bir xəstəlikdir. Bu xəstəlik müxtəlif orqanlarla bərabər qara ciyərə də öz mənfi təsirini göstərir. Ona gərə də qara ciyər öz fəaliyyətini tam bərpa edənə qədər, həddən artıq yağlı qidalara diqqət yerirmək və həkim nəzarətində olmaq lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri