Arıq, yoxsa kök? - Hansı daha zərərlidir?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 687
Səs ver:
(səs: 0)
Kök insanların ən böyük dərdi arıqlamaqdırsa, arıq insanların da ən böyük dərdi isə kökəlməkdir. Bəs həddən çox arıq, yaxud kök olmağın səbəbi nədir? Həkimlər həddən çox arıqlıq və köklüklə bağlı xəbərdarlıq edib.

Çox kök insanlar ilk baxışdan heç bir sağlamlıq problemi yaşamayan insanlar kimi görünsələr də, müayinə zamanı onlarda qaraciyər piylənmə, qan yağlarında yüksəlmə, şəkər, maddələr mübadiləsində pozuntular müşahidə olunur və çəki artdıqca bu problemlər daha sıx və şiddətli şəkil alır.

Yağ səviyyəsinin artıq olması xərçəngə yol açır

Yağ hüceyrəsi də ağciyər, ürək, beyin kimi insan vücudu üçün çox vacib bir orqandır. A, D, E, K vitaminlərinin deposudur. Vücud istiliyini təmin edər, xaricdən gələn zərbələri əngəlləyərək sümük qırılmalarının qarşısını alar. Bəzi hormonları sintez olaraq ifraz edir, buna görə insan vücudunda yağ səviyyəsinin olması vacibdir. Yağ toxuması hər bir vücudda olmalıdır. Ancaq əgər bu toxumanın miqdarı qadınlarda vücud ağırlığının 30%-dən, kişilərdə 24% -dən artıq olarsa, ürək-damar xəstəlikləri başda olmaqla, şəkərli diabet və xərçəngə yol aça bilər.

Araşdırmalara görə, maddələr mübadiləsi problemi olan orta dərəcədə artıq çəkili adamlar, maddələr mübadiləsi problemi olanlara nisbətən daha çox yaşayır. Artıq çəkisi olanlar çəki azlığı yaşayanlara nisbətən daha çox həkim nəzarətində olmalıdırlar. Arıq insanların metobolik xəstəliyə yoluxması genetik ola bilər. Bununla yanaşı arıq insan maddələr mübadiləsiylə bağlı problem yaşayırsa, bunun səbəbləri ortaya çıxarılmalıdı, çünki daxili orqanların piylənməsi ciddi problemdir.

Metabolik piylənmə qrupu

Metabolik piylənmə qrupu normal bədən ölçülərinə sahib olub, ancaq düzgün qidalanmayan və idmanla məşğul olmayan insanlar qrupudur. Bu baxımdan bir az çəkili və idmanla məşğul olan birinin, arıq, lakin idman etməyənlərdən fərqli olaraq maddələr mübadiləsi müayinəsinin nəticələri müsbət olur.

Bir az kök olanlar 6% daha çox yaşadığı halda daha çox çəki problemi olanların isə 29% faiz az yaşadığı müəyyənləşib. Beləliklə, çox köklük və çox arıqlıq hər ikisi də zərərlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri