Pəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir?

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 3 827
Səs ver:
(səs: 0)
Pəhrizə başlayarkən yeməyin temperaturuna əhəmiyyət vermədən ilk növbədə nəyi və hansı miqdarda yemək düşünülür. Düzgün həzm və istədiyiniz çəkiyə sahib olmaq üçünsə, istehlak edilən yeməyin temperaturu da mühüm rol oynayır.
Qadınla.Com xəbər verir ki, ötən əsrin 80-ci illərində geniş istifadə olunan "soyuq pəhriz"in əsas qaydası qidanın soyuq, hətta bəzən buzlu formada yeməsi idi. Bu pəhriz sürətli arıqlamaq vəd etsə də əslində bu belə deyil. Çünki bədən enerjini təkcə yeməyi həzm etməyə deyil, həm də temperaturu tarazlamağa sərf edir. Bu pəhriz çəki atmaqdan çox disbakterioz və mədə-bağırsaq traktının ciddi problemlərinin yaranmasına səbəb olur.
Buna görə də ilk növbədə soyuq qidalardan imtina etməlisiniz. Soyuq yemək mədə-bağırsaq traktından daha sürətli keçir. Nəticədə zülallar amin turşularına parçalanmadan və həzm olunmadan bağırsaqlara daxil olur. Bu da ən yaxşı halda mədədə ağırlıq, ən pis halda isə disbakteriozun inkişafı, metabolik prosesin pozulması və hətta mədə-bağırsaq traktının ciddi xəstəlikləri ilə nəticələnir.
Yağda bişmiş istənilən yemək - un məmulatları, ət və ya tərəvəz isti yeyilməlidir. Soyuq olduqda, yağlar daha pis parçalanır, qarında narahatlıq və ağırlıq yaradır. Eyni zamanda, dietoloqlar da bütün bişmiş yeməklərin isti yeyilməsini tövsiyə edirlər.
Bu qayda yalnız kartof üçün istisnadır. Bişmə zamanı tərəvəzin tərkibindəki nişastada reaksiyalar baş verir ki, bu da yalnız soyuduğu zaman bitir. Bu səbəbdən kartofun soyuq halda istehlak edilməsi tövsiyə olunur.
Digər bir əsas qayda isə isti yeməyi soyuqla qarışdırmamaqdır. Bu birləşmə vaxtından öncə toxluq hissinin yaranmasına mane olur. Bu da insanı həddindən artıq yeməyə təşviq edir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri