Kökəlməyə son deyək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 460
Səs ver:
(səs: 3)
http://imgs.su/tmp/1315558074-656.jpg
 
Adətən bu sözü eşidən zaman hamı arıqlamaq, yaxud da kökəlmək ifadələrini yada salır. Pəhriz saxlamaq heç də arıqlamaq, ya da kökəlmək demək deyil. Pəhriz, elə düzgün qidalanma rejimidir. Arıqlamaq üçün pəhriz saxlamaq lazım deyil. Sadəcə düzgün qidalan, yetər ! Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Yemək zamanı çoxlu bibər yeyin. Bibər yağların 25%-ni əridir. Qaranlıqda yemək yemək olmaz ! Şokolad yedikdən sonra çay yox, qazlı su için. Yeməkdən sonra limon yeyin. Daha çox ətə yox, tərəvəzə üstünlük verin ! Arıqlayacaqsız ! 100%
Kökəlmənin qarşısını almaq üçün, əsasən yağlı xörəklərdən ət, süd, pendir, kərə yağı, yumurta, düyü və s. kimi qidalardan pəhriz saxlamaq, xörəkdə az duz işlətmək, üzüm rejiminə keçmək, portağal, limon, şaftalı, çiyələk və qarpız yemək yaxşı nəticə verə bilər. Səhər yeməyi əvəzinə portağal, limon və alma ilə qənaətlənmək olar. Köklüyə qarşı kahı, şalğam və başqa tərəvəz məhsulları, turş alma, heyva, turş nar, limon, portağal çox işlədilməlidir.

I gün: İstənilən tərəvəzdən yarım kiloqram salat hazırlayıb, üzərinə bir xörək qaşığı bitki yağı əlavə edib, yeyin.

II gün: Suda qaynadılmış mal əti.

III gün: Tərəvəz salatı və yağsız kəsmik.

IV gün: Kəsmik.

V gün: Meyvə və ya tərəvəz salatı, kəsmik.

VI gün: Meyvə (banan, armud və xurmadan başqa).

VII gün: Buğda bişmiş bir kiloqram balıq və eyni miqdarda tərəvəz salatı.

Diqqət Pəhriz zamanı çay və kofe qəbulunu azaldın. Lakin gün ərzində 8 stəkan su içmək sizə kömək edib, pəhrizin effektini artıracaq. Axşam saat 6-dan sonra yemək olmaz. Bu pəhrizi poza bilər. Təbii meyvə şirələrini 1:2 nisbətində qaynadılmış su ilə qarışdırıb, içə bilərsiniz. Pəhriz zamanı stresdən uzaq olmaq lazımdır. Yaxşı əhval-ruhiyyə arıqlamaq həvəsini daha da artırır.

Statistika Cinsi əlaqə zamanı qadın 200-600 kalori yandırır.

Bu da yarım saat qaçışa (372 kalori), 40 dəqiqə velosiped sürməyə (380 kalori) və ya 1,5 saat şopinq etməyə (370 kalori) bərabərdir.

Həmçinin internetdə dörd saat axtarış edib, yazışmaq 374,4 kalori, 7 saat televizora baxmaq isə 359 kalori yandırır.

ədən formasına görə fitnes İdman klublarında bir qrup qadının eyni tempdə, bir saat ərzində idmanla məşğul olması bədən formasına və sağlamlığa ziyandır. Çünki hər qadının hərəkət tempi müxtəlifdir. Bu tip idman qadınların ayaqlarında damar dartılmasına səbəb olur. Dartılan damarların aralarındakı boşluqlara isə piy qatları daxil olur. Bu da sellülit əmələ gətirir.

Qeyd edək ki, hündürdaban ayaqqabı da eyni problemi əmələ gətirir. Düzgün fitneslə məşğul olmaqdan ötrü əvvəl bədəninizin tipini öyrənməyə çalışın. Bədən forması - «armud» Bədəninizin yuxarı hissəsi arıq, bel incə, çiyinlər balaca, qollar nazik, aşağı ətraflar ətli, çanaq iri, qarnınızsa piylidir? İdmanla axırıncı dəfə məktəbdə, bədən tərbiyəsi dərsində məşğul olmusunuz?

O zaman siz fitnesə iri addımlarla gəzinti və yüngül qaçış ilə başlaya bilərsiniz. Üzgüçülük bədəninizin əzələlərini dartıb, aşağı ətrafları hərəkətə gətirib, qarnı əridər. Velotrenajor da eyni effekti verəcək. Lakin uzun müddət üzgüçülüklə məşğul olmaq çiyinləri enlədir. Bədən forması - «alma» Çiyinləriniz enli, qollarınız kök, qarnınız piyli, lakin ayaqlarınız arıqdırsa, qantellərlə idman etməyə başlayın. Qanteli ev şəraitində yarım litrlik su şüşəsi ilə əvəz etmək olar. Qolları hərəkət etdirmək döşlərin də formasının yaxşılaşacağına işarədir. Qarınısa velosiped sürmək və ya qaçmaqla əritmək olar. Beliüstə uzanıb, ayaqları havaya qaldırmaqla da velosiped sürmək olar. Üzgüçülük də bel və qarın piylərinin əriməsinə kömək edər.

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 5 460
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri