Qarnı əridən 18 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 32 055
Səs ver:
(səs: 7)
Qarın bölgəsinin transverus abdominis və rektus, qarın yağlarını əritmək üçün əsas əzələ qrupudur. Bəs qarındakı piyləri daha tez əritmək üçün nə etməli? Qarnı tez əritmək sizdən çox asılıdır və sadədir:

Protein yeyin 
Vücudda yağ itirməmək üçün tərkibində protein olan toyuq və paxla kimi qidalar qəbul edin. 

Su 
Vücudun 70 faizini su təşkil edir. Su metabolizmanı gücləndirir və kalori yandırmağa kömək edər. 

Duzlu yeməklər 
Çipsi, turşu və başqa duzlu çərəzlər kökəlməyə səbəb olur. Konservlərdə də adətən çoxlu duz olduğu üçün diqqətli olun. 

Lif 
Lifin ən vacib vəzifəsi bağırsaqları aktivləşdirərək vücudumuzda detoks təsiri yaratmaqdır. Üstəlik də tərkibində çox az kalori var. 

Soyuducunu təmizləyin 
Soyuducudakı bütün zərərli qidaları atın. Yağsız ət, təzə meyvə, tərəvəz və taxıl bitkiləri ilə əvəz edin. Fastfoodunlardan uzaq durmağa çalışın. 

Meyvə suları kökəldir 
Meyvə sularının tərkibində şəklər olduğu üçün piylənməyə səbəb olur. Meyvə sularını təzə meyvələrlə əvəz edin. 

Yüksək karbohidratlara yox deyin 
Qarın bölgəsinin əriməsini istəyirsinizsə, meyvə və tərəvəzlərdən ibarət yeməklər yeyin. Xəmir xörəklərindən və şirniyyatlardan uzaq durun. 

Məşq 
Məşqlər ürək döyüntüsünü yüksəldir və oksigen qəbulunu artırır. Beləcə yağ itkisi artacaq və qarındakı piylərdən xilas olacaqsınız. 

Yoqa 
Nəfəs alıb-vermə məşqləri eyni zamanda qarın əzələlərini də işlədir. Yoqa ilə məşğul olun! 

Ağ düyüdən uzaq durun 
Ağ düyü yerinə qəhvəyi düyü, tünd şəkər, yulaf  yeyin. 

Limon 
Günə limonlu suyu içərək başlayın. Hər səhər limonlu su içərək qarındakı piyləri əridə bilərsiniz. 

Sarımsaq 
Hər səhər çiy sarımsaq yeyin sonra mixək çeynəyin və bir stəkan limonlu su için. Bu çəki itirməyə çox kömək edir. 

Meyvə 
Hər səhər və axşam bir kasa meyvə yeyin. Antioksidant qəbul edin. 

Badam 
Təkcə E vitamini ilə zəngin deyil, protein baxımdan zəngindir. Həm də uzun müddət tox qalmağa kömək edər. 

Paxla 
Mütəmadi olaraq paxla yeməklə vücudunuzu yağlardan qoruya bilərsiniz. Həm də uzun müddət tox saxlayır. 

Xiyar 
Kalorisi çox aşağıdır. 96 faiz sudan ibarətdir. 

Alma
Alma uzun müddət tox saxlayır və liflərlə doludur. Eyni zamanda qidalandırıcı xüsusiyyəti var. 

Nanə 
Şəfalı bitkidir, sakitləşdirici xüsusiyyəti var. Həzm sistemini rahatladır. Qarın yağlarından xilas olmaq üçün nanəli çay için.
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 32 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri