Çörək yeyərək arıqlamaq olarmı?

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 6 202
Səs ver:
(səs: 1)
Pəhriz zamanı çörəyi tamamilə kəsmək düzgündürmü?
Pəhriz saxlayarkən və ya sağlam qidalanma zamanı heç çörək yeməmək doğru vərdiş deyil. Pəhriz saxlamaqla arıqlamaq istəyənlər sağlam, balanslı və nizamlı bəslənmə planı tətbiq etməlidir. Sağlam və nizamlı bəslənmənin ən əhəmiyyətli qaydalarından biri də hər qida qrupundan müəyyən miqdarlarda istifadə edilməsidir.

Arıqlamaq istəyənlər karbohidrat qrupunu (şokolad, tort, şəkər, südlü şirinlər) rasionundan tamamilə çıxardığı üçün bədənin, xüsusilə də beynin ehtiyacı olan enerji ehtiyacını çörək qrupuyla təmin etməlidir. Bu şəkildə qan şəkərinin balanslı şəkildə dəyişməsi təmin edilir və şiddətli aclıq duyğusu yaşanmır. Ayrıca, sinir sistemi üçün lazımlı olan vitaminlər çörəklərlə alınmış olur.

Çörəyin faydaları və zərərləri nədir?
Çörək miqdarı hər şəxsə uyğun olmaqla və keyfiyyətli növü seçildikdə faydalı olur. Çörəyin növü buğda, çovdar və ya kəpəkli olmalıdır. Lakin gün ərzində nizamsız və keyfiyyətsiz qidalarla bəslənən adam üçün çörək istehlakı çox miqdarda olduqda zərərli hala gəlir.

Gündə neçə dilim çörək yeyilməlidir?
Çörəkdən istifadənin miqdarı şəxsin çəkisinə, cinsiyyətinə və ya iş tempinə görə dəyişə bilər. Sağlam bir insanın hər payda ortalama iki dilim çörək istehlak etməsi çox olmayacaq. Gün ərzində bir adam ən az 6-8 dilim yeyə bilər.

Ağ çörək gündəlik həyatdan tamamilə çıxarılmalıdırmı?

Xüsusilə xroniki xəstəliyi (diyabet, təzyiq, ürək) olan kəslərin daha çox ehtiyacları olduğu üçün ağ çörək yerinə başqa növ çörək seçmələri daha yaxşı olar. Xroniki qəbizlik problemi olan kəslərin də tam buğda və ya çovdar çörəyini seçmələri bağırsaq hərəkətləri baxımından daha çox faydalı olacaq. Yalnız həddindən artıq qansızlıq şikayəti olan şəxslərin mütəmadi olaraq kəpəkli çörəkdən istifadə etməmələri, ağ çörək də yemələri məsləhətdir.

Arıqlamada əsas olan gündəlik alınan enerjinin xərclənən enerjidən az olmasıdır. Aldığımız enerji az olduğu zaman bədənin ehtiyacı olan enerjini bədəndəki yağları yandırmaqla təmin edir və nəticədə də arıqlama baş verir. Gündəlik qidalanmada çörəyi heç yemədiyimiz zaman alınan enerji bir qədər azaldığı üçün müəyyən çəki itkisi yaranacaq, lakin bu, sağlam arıqlama olmayacaq.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 6 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri