Bu pəhrizlə bir aya 6 kilo arıqlayacaqsınız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 5 541
Səs ver:
(səs: 2)
Qısa zamanda arıqlamaq istəyirsizsə..
Salat pəhrizi evinizdə rahatlıqla tətbiq edə biləcəyiniz, bayıra çıxdığınızda da restoranlarda eyni menyunu asanlıqla tapa biləcəyiniz bir pəhrizdir.
Əgər pəhrizlə birgə hər gün 65 dəqiqə qaçsanız, bir ayda 6 kilo arıqlaya bilərsiz.
 
I həftə
Səhər yeməyi: 1 kasa təzə meyvə salatı, 1 nazik dilim pendir, 1 nazik dilim çörək,  təzə göyərti, pomidor və xiyar
 
Günorta: Həzm çətinliyini əngəlləyən salat və 1 stəkan ayran
Salatın haırlanması:  250 qr ispanaq, 1 kiçik xiyar, 1 kiçik pomidor, 2 xörək qaşığı pendir rəndəsi, bir az cəfəri, nanə, şüyüd, 1 qaşıq duru yağ, 1 qaşıq sumax və qırmızı acı bibər.
 
Qəlyanaltı: 1 stəkan təzə sıxılmış meyvə suyu
 
Axşam: 4 rəngli tərəvəz salatı və 1 nazik dilim taxıl çörəyi
4 rəngli salat: 1 orta boy kartof, 1 böyük parça brokoli kələm, 1 böyük parça gül kələmi, 1 ortaboy kök, 2 xiyar, 1 kiçik turp, 3 ədəd yaşıl soğan, 1 stəkan az yağlı qatıq, 3 çay qaşığı xardal, yarım çay qaşığı duz, yarım çay qaşığı istiot.
Kartofları qaynadın. O, soyuyana kimi kələmləri 4 dəqiqə bişirin. Sonra bütün tərəvəzləri nazik, xırda şəkildə doğrayın. Duz, istiot, qatıq, xardalı qarışdırıb sous kimi bu tərəvəzlərin üzərinə tökün. Yemədən əvvəl 1 saat soyuducuda saxlayın.
Yatarkən 1 ədəd meyvəli yoqurt yeyin.
 
II həftə
Səhər yeməyi: 1 yemək qaşığı pendir, 1 nazik dilim çörək, 1 çay qaşığı cem və 6 ədəd zeytun, bol pomidor dilimləri
 
Ara yemək: 1 nazik dilim qarpız
 
Günorta: Ənginarlı salat və 1 nazik dilim çörək
Salat: 8 ədəd ənginar, 3 şirin qırmızı bibər, kahı yarpaqları, 3 kasa nazik doğranmış qırmızı soğan, yarım kasa doğranmış yaşıl zeytun.
Soyulmuş və təmizlənmiş ənginarları limonlu suya qoyun. Sonra hər birini 4 yerə bölün. Ayrı bir qabda qırmızı bibərləri yağda qızardın. 15 dəqiqə sonra qabıqlarını soyub nazik doğrayın. Kahıları salat kasası üçün incə doğrayın. Üzərinə kəsilmiş qırmızı bibər, ənginar, yaşıl zeytun və quru soğanları əlavə edin.
 
Qəlyanaltı: 6 ədəd quru ərik
 
Axşam: Toyuqlu qırmızı salat və 1 kasa yoqurt
Toyuqlu qırmızı salat: 200 ml su, yarım çay qaşığı toz köri (acı hind ədviyyatı), kub şəklində doğranmış, qaynamış yarım toyuq döş əti, 1 stəkan qaynamış noxud, yarım orta boy doğranmış qırımızı kələm, yarım ortaboy incə dilimlənmiş kərəvəz, yarım stəkan təzə portağal suyu, 1 yemək qaşığı portağal qabığı rəndəsi, 2 yemək qaşığı zeytun yağı, yarım çay qaşığı istiot.
Qazanda 200 ml duzlu suda körini qaynadın. Noxud, döş əti, doğranmış kərəvəzləri əlavə edin. Portağal qabığı, rəndəsi, suyunu, zeytun yağını, istiotu qarışdırıb sous kimi əlavə edin.
 
Yatarkən 4 ədəd quru ərik və 1 stəkan ilıq su
 
III həftə
Səhər yeməyi: 1 ədəd qaynamış yumurta, 1 az susam halvası, 1 nazik dilim çörək və bol cəfəri
 
Günorta: Somonlu ispanaqlı salat və 1 incə dilim çörək
Salatın hazırlanması: 1 kiçik quşbaşı ölçüsündə doğranmış somon balığı, 1 böyük kasa doğranmış çiy ispanaq, 2 xörək qaşığı yerfındığı, 1 yemək qaşığı döyülmüş qoz, yarım çay stəkanı balzemik sirkə, yarım stəkan bitki yağı, 2 diş sarımsaq, cəfəri, duz, istiot, kəklikotu.
Somon balıqlarını sobaya qoyub bişirin. İspanaqları yaxşı yuyub doğrayın. Fıstıqları yağsız tavada qovurub içinə sarımsaq, zeytun yağı, limon duzu, istiot və kəklikotunu əlavə edib qarışdırın. Üzərinə pendir rəndələyib süfrəyə verə bilərsiz.
 
Qəlyanaltı: 1 stəkan südlü qəhvə
 
Axşam: Quşqonmazlı salat və təzə qırmızı bibər sousu
Salatın hazırlanması: Mövsümə uyğun göyərti, kahı, 6 ədəd qızardılmış və doğranmış quşqonmaz, yarım kasa rəndələnmiş kök.
 
Sousu üçün: Yarım stəkan balzemik sirkə, yarım kasa nazik dilimlənmiş və közlənmiş şirin qırmızı bibər, 1 çay qaşığı quru nanə, yarım çay qaşığı darçın.
Salat kasasının içinə kahı və digər göyərtiləri qoyun. Üzərinə doğranmş ənginar, quşqonmaz və rəndələnmiş kök əlavə edin. Salat sousu üçün bütün ləvazimatları blendrdən keçirib bir az bişirin. Qatı hala gəldikdən sonra salatın üzərinə tökərək süfrəyə verə bilərsiz.
 
Yatarkən 1 kasa təzə mövsüm meyvələri yeyin.
 
IV həftə
Səhər yeməyi: 1 stəkan süd, 4 xörək qaşığı yulaf əzməsi və doğranmış təzə çiyələk dilimləri ilə hazırlanmış qarışım.
 
Günorta: Pencər və kərəvəz kökü salatı, 1 nazik dilim çörək
2 ortaboy pencər, 2 ədəd kərəvəz, 2 ədəd soyulmuş və doğranmış kök, 3 xörək qaşığı təzə limon suyu, 3 yemək qaşığı zeytun yağı, yarım stəkan cəfəri, yarım çay qaşığı limon duzu.
Pəncər, kərəvəz və kökü 1 dəqiqəyə qədər isti suda qaynadın. Bütün ləvazimatları iri kasada qarışdırıb üzərinə limon suyu və zeytun yağını əlavə edin.
 
Qəlyanaltı: 1 ortaboy alma və 1 kasa təzə gilas
 
Axşam: Ton balıqlı salat və 1 nazik dilim çörək
 
1 qurtu, ya da paket 140-160 qr konservləşdirilmiş ton balığı, 1 kasa makaron, 2 yemək qaşığı iri döyülmüş qoz, 2 yemək qaşığı zeytun yağı, 6 ədəd pomidor, nanə, cəfəri, 1 xörək qaşığı düyü, 2 xörək qaşığı salat sousu.
 
Makaronu az suda qaynadın, qabın ən altına qoyun. Üzərinə aruqula, fəsləyən, nanə, cəfərini iri şəkildə doğrayın. Ton balığı iri şəkildə doğrayıb  qarışımın üzərinə əlavə edin. Pomidorları dörd yerə bölüb qoz və düyü ilə üstdən əlavə edin.
Üzərinə 2 yemək qaşığı salat sousu əlavə edin. Sous üçün 1 çay qaşığ cəfəri, 1 çay qaşığı xardal, 1 yemək qaşığı limon suyu, 1 çay qaşığı toz bibər, 1 yemək qaşığı pomidor suyu və 1 çay stəkanı duru yağ qarışdırın.
 
Yatarkən 1 ədəd orta boy meyvə yeyin.
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 5 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri