Pəhriz çaylarının zərərləri

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 4 675
Səs ver:
(səs: 4)
Araşdırmalar göstərib ki, keyfiyyətli məhsul istehsal edən firmaların pəhriz çayları həqiqətən də arıqladır. Belə çaylar maddələr mübadiləsini sürətləndirməklə yanaşı, kalorilərin daha tez xərclənilməsinə və bədənin yağ itirməsinə səbəb olur.

Ancaq təəssüf ki, pəhriz çaylarının bir çox əks təsirləri var. Onlardan birincisi, demək olar ki, pəhriz çayları içən hər kəsin müşahidə etdiyi yorğunluq, halsızlıq və yuxu problemləridir. Bu problemlərə pəhriz çaylarının tərkibindəki kofein səbəb olur.

Belə çaylar sidikqovucu xüsusiyyətə malik olurlar. Ona görə də pəhriz çayı içən şəxs gün ərzində 2-3 litr su içmədikdə, susuzluqdan qaynaqlanan halsızlıq ilə üzləşməli olur.

Pəhriz çaylarının başqa zərərli tərəfləri də var:

*Ürək döyüntüsünün sürətlənməsinə və tənginəfəsliyə səbəb olur.

*Mədə ağrısına səbəb ola bilər.

*Baş gicəllənməsi müşahidə edilir.

*Ürəyin ritminin pozulmasına gətirib çıxarır.

*İshala səbəb olur.

*Zehni qabiliyyəti aşağı salır.

*Həddindən artıq içildikdə həzm problemlərinə səbəb olur.

*Bağırsağın florasını məhv edir və bu da gələcəkdə bağırsaq xərçənginə yaxalanma riskini artırır.

Sonda onu da qeyd edək ki, tədqiqatlar zamanı məlum olub ki, orqanizm bir müddət sonra pəhriz çaylarına öyrəşir və 3-4 ay mütəmadi olaraq istifadə edən şəxslər artıq çayın arıqlamağa heç bir köməyi olmadığını müşahidə edirlər.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 4 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri