Yağ yandırmağı gücləndirən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 16 790
Səs ver:
(səs: 6)
Qreypfrut
Araşdırmalar nizamlı olaraq yemək zamanı qəbul edilən yarım qreypfrut və ya 150 ml qreyfurt suyunun 2 həftədə 2 kilo arıqlatdığını göstərir. Qreypfrut aşağı glisemik indeksi sayəsində insulin və xolesterol səviyyəsini aşağı salır və tərkibində olan "inositol" təbii bir yağ yandırıcıdır və qreyfurtdakı acı dadlı həmin maddə, maddələr mübadiləsini sürətləndirərək yağları asan parçalayır.

Yaşıl çay
Yaşıl çay xərçəngə qarşı təsirli çay kimi tanınır. Ayrıca maddələr mübadiləsini də sürətləndirərək yağların yandırılmasını təmin edir. Yeməkdən sonra içilən bir fincan yaşıl çayın faydasını qısa müddətdə hiss edə bilərsiniz. Hər gün içilən 5 fincan yaşıl çay 70-80 kalori yandırılmasını təmin edir.

Az yağlı süd və süd məhsulları
Kalsium qaynağı olmasıyla bərabər bu qida yağ hüceyrələrinin tərkibini də sürətləndirir. Gündə 3-4 dəfə az yağlı süd məhsullarından istifadə edən qadınların yağ yandırması, istifadə etməyənlərə nisbətlə 70 % daha çoxdur. Kalsiyum bədənin yağları daha sürətli yandırmasını təmin edir. Gündəlik kalsium ehtiyacı 1.200 mq-dır.

Su
Əgər kifayət qədər su içmirsinizsə, arıqlamaq sizin üçün çox çətin olacaq. Maye əskikliyi yavaşlayan maddələr mübadiləsinə və qandakı qlükoza səviyyəsinin düşməsinə səbəb olur. Bu səbəbdən də yorğunluq və baş gicəllənməsi meydana gələ bilər. Gündə 1.5 litr su içmək maddələr mübadiləsini 30 % nisbətində sürətləndirir.

Zülalla zəngin qidalar
Zülal əzələ inkişafı üçün lazımlı qida maddəsidir. Zülal baxımından zəngin qidalar maddələr mübadiləsini sürətləndirir, həzm sisteminiz zülalları sindirə bilmək üçün daha çox enerjiyə ehtiyac duyur. Buna görə də zülalların həzmi əsnasında daha çox enerji yandırılır. Zülallar sayəsində gündə 150-200 kalori yandırmaq mümkündür.

Ədviyyatlı qidalar
Xüsusilə acı və qırmızı bibər maddələr mübadiləsini sürətləndirir. Çünki ədviyyatlar adrenalin ifrazını sürətləndirir, maddələr mübadiləsi sürətini artırır və kalori yandırmağa dəstək olur.
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 16 790
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri