Həftənin pəhrizi: Yaşıl tərəvəzlər

Müəllif: aliceWOnDer
Şərhlər: 7
Baxılıb: 4 005
Səs ver:
(səs: 1)
Bu nədir?
"Yaşıl” pəhriz sizə arıqlamaq üçün arzuuladığınız nəticəyə çatmaqda kömək olar, eyni zamanda da orqanizminiz üçün detoks təsiri bağışlayar. Bu isə ona görədir ki, yaşıl tərəvəzlər tərkibində toksinləri xaric edən liflər mövcuddur.
Yaşıl pəhrizin çoxsaylı müsbət tərəflərindən biridə qanda şəkərin səviyyəsini normal həddə çatdırmasıdır.

"Yaşıl” pəhrizin prinsipləri
Sağlıqlı "Yaşıl” pəhriz üçün yerdə qalan məhsulların hamısından imtina etmək olmaz. Bu pəhrizi - orqanizmi zülal və yağla zənginləşdirəcək, öz-özlüyündə də xeyirli sayılan digər məhsullarla birgə həyata keçirmək lazımdır. Süd məhsulları, balıq, ət və yumurta bu tip məhsullara misal ola bilər. Bu rasionu saxlamaqla tədricən lazım olan formaya çatmaq olar. Beləki birdən birə çəkinin itirilməsi, orqanizm üçün heç də xeyirli olmayacaq. Dəyişikliyi, pəhrizə başladıqdan 2-3 həftə sonra duya biləcəksiz.

Meyvələrdən yeyə biləcəkləriniz bunlardır: yaşıl alma, armud, üzüm, kivi, avokado.

Tərəvəzlərdən isə bunları yeməyə icazə var: kələm, xiyar, yaşıl lobya , yaşıl bibər, eyni zamanda da göyərtilər ( cəfəri, yaşıl soğan, və digərləri).

Düyü, qarabaşaq, qarğıdalı, banan, kərə yağı, xama kimi məhsullardan uzaq durmaq məsləhətlidir.

Yemək qəbulunu elə planlaşdırmaq lazımdır ki, gün ərzində 6-7 dəfə yemək qəbul edəsiniz.

Nümunə menyu
Səhər yeməyi – yulaf sıyığı və ya yağsızlaşdırılmış kəsmik, 1 stəkan yağsızlaşdırılmış kefir,yaşıl alma və ya kivi.
Lanç – yağsız yoqurt, və ya yaşıl meyvə ( alma, kivi ,üzüm) və ya "yaşıl” salat (tərkibi xiyar, kələm, yaşıl soğan və başqa məhsullar) kərə yağı ilə.
Nahar – zeytun yağı ilə "yaşıl” salat, qaynadılmış balıq və ya toyuğun döş əti, alma şirəsi və ya yaşıl çay.
Qəlyənaltı – "yaşıl” meyvə salatı.
Şam - buxarda bişmiş kabaçki göyərti ilə, 1-2 gündən bir isə yanına toyuq sinəsi və ya balıq da əlavə etmək olar.

EHTİYYATLI OLUN!
Öz rasionunuza yaşıl məhsullar əlavə etməzdən öncə, verilmiş pəhrizin yarada biləcəyi əks təsirlərə diqqət edin. Mütəxəssislər bu pəhrizi çoxlu miqdarda lifli məhsulları qəbul etməyən orqanizmlərə məsləhət görmürlər. Mədə-bağırsaq traktının xroniki xəstəliklərində də bu pəhrizdən istifadə məsləhət görülmür. Eləcə də hamilə qadınlara və süd verən analara.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri