Bu pəhriz məhz kişilər üçündür

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 3 626
Səs ver:
(səs: 0)
Yalnız qadınlar fit bədən quruluşu üçün çalışmır. Kişilər də sağlam həyat tərzi üçün idman zallarında vaxt keçirir, az kalorili qidalanmağa çalışırlar.
Bu dəfə qarnını və artıq çəkisini dərd edən kişilərə uyğun pəhriz proqramı təqdim edirik.
İki ay davam edən pəhriz sayəsində 8 kilo arıqlaya bilərsiz.
Gündəlik qəbul ediən kalori miqdarı 1600-1800 olmalıdır.
Çay, qəhvə, tərəvəz, meyvə suyu içə bilərsiz, ancaq şəkərsiz.
Gün ərzində 250 ml-dən çox spirtli içki qəbul etmək olmaz.
Gün ərzində 1 ədəd meyvə, qoz, fındıq, quru meyvələr yemək olar.
Salatlara limon suyu, ədviyyat və sirkə əlavə edin.
Qaynadılmış, buxarda bişirilmiş yeməklər yeyin.
Qızardılmış, hisə verilmiş, yağlı ət, təzə xəmir xörəkləri, mayonez, kərə yağı yeməyin.
Pəhrizə dəqiqliklə əməl etməklə istədiyiniz nəticəyə nail ola biləcəksiz.

Səhər yeməyi üçün nümunələr:
Bir dilim pendirli, tərəvəzli sendviç (toyuq filesi də əlavə edə bilərsiz)

Dəniz məhsulları
Toyuq, ya balıq dilimi ilə tərəvəz salatı
2-3 yumurtadan hazırlanmış qayğanaq, bir ovuc konservləşdirilmiş yaşıl noxud
Balıq kotleti, göbələk, bir dilim qara çörək və 100 ml meyvə suyu
Qaynadılmış makaron, təzə xiyar və göyərti
Bir tikə balıq, kartof və 100 qr qatıq
Pörtdədilmiş, ya da buxarda hazırlanmış tərəvəz
Şəkərsiz, ya meyvəsiz sıyıq
Bir dilim pendirlə çörək
1 yumurta, qreypfrut
Pendir, tərəvəz
Meyvə salatı və yoqurt
Qatıq, kəpəkli çörək dilimi, 2 çay qaşığı bal

Günorta yeməyi üçün nümunələr:
Pendir, vermeşil, göbələk, soğan, tərəvəz, yağsız lobya, balıq turş kələm, turşəng, gicitkən, toyuq bulyonundan hazırlanmış fərqli suplar.
Toyuğun döş əti və qabıqlı kartof
Göbələk və qaraciyər, 2 ədəd pomidor
Toyuq və spagetti, tərəvəz salatı
Bir parça balıq, tərəvəz
Kələm dolması
Ət və tərəvəz salatı
Qatılaşdırımış süd, meyvə və baldan hazırlanmış salat
Bibər dolması
Ət və qarabaşaq
Mal əti, pomidor, sarımsaq, göyərti salatı
Düyülü kotlet
Qəlyanaltı nümunələri:
Qatıq, ya da digər süd məhsulları
Tərəvəz, ya da pendirli bir dilim çörək
Qaynadılmış yumurta
Qayğanaq, pomidor, bir dilim qara çörək
Tərəvəz salatı, buğda çörəyi, yağsız "vetçina”
Meyvə, tərəvəz, ya da giləmeyvə
Çərəzlər
Axşam yeməyi nümunələri:

Dəniz məhsulları
Sendviç : yağsız pendi, toyuq, ya da balıq, yağsız vetçina (əti tərəvəzlə əvəz etmək olar), qara çörək
Limon suyu və qreypfrutlu balıq
Təzə tərəvəzlərdən salat
Balıq, ya toyuq filesi
Lobya, pendir, 2 dilim çörək, 1 alma, qatıq
Makaron və tərəvəz salatı
Buxarda bişirilmiş tərəvəz
Pomidor, pendir, turp
Konservləşdirilmiş yaşıl noxud, xiyar, pendir və kələm salatı
Bifşteks və bir dilim çörək

Bu pəhrizlə yanaşı futbol oynamaq, ya da saatda 10-12 km qaçmaqla 450 kalori, 30 dəqiqə basketbol oynamaqla 280 kalori yandıra bilərsiz. Pəhrizi yarımçıq buraxdınızsa, bir də 4 ay sonra təkrarlaya bilərsiz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 626
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri