Toya gedən xanınmlar bu pəhrizlə 1 həftəyə 7 kq arıqlayacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 17 799
Səs ver:
(səs: 2)
Toya gedəcəksiniz?i Ən sevimli paltarını geyinmək, gözəl görünmək üçün mütləq ideal bədən quruluşuna sahib olmaq lazımdır. 1 həftə ərzində ideal bədən quruluşuna sahib olmaq üçün effektli pəhrizi siz də edin...

I gün
Səhər: 160 qr. üzüm qurusu, yarım stəkan süd, yağsız kəsmik.
Nahar: Tərəvəzlərlə hazırlanan borş, 1 dilim qara çörək, 1 ədəd alma.
Şam: suda bişmiş toyuq filesi, 1 stəkan meyvə şirəsi, 3 ədəd qoz.

II gün
Səhər: suda bişmiş yumurta, 1 stəkan süd.
Nahar: tərəvəz salatı, suda bişmiş mal əti, 1 ədəd portağal.
Şam: buğda bişmiş balıq, 1 stəkan meyvə şirəsi.

III gün:
Səhər: yağsız pendir 30 qr., 1 dilim qara çörək, 1 ədəd armud.
Nahar: üzərinə zeytun yağı tökülmüş tərəvəz salatı, yağsız kəsmik, 1 dilim kəpəkli çörək.
Şam: tərəvəz şorbası, 3 ədəd gavalı qurusu.

IV gün:
Səhər: üzərinə mürəbbə yaxılmış qara çörək, şəkərsiz meyvə qurusu, 1 stəkan süd.
Nahar: buğda bişmiş toyuq filesi, tərəvəz salatı.
Şam: yağsız kəsmik, tərəvəz salatı, 1 ədəd alma.

V gün:
Səhər: üzərinə yağsız yoqurt tökülmüş meyvə salatı, 150 qr. kəsmik.
Nahar: suda bişmiş yağsız mal əti, 2 ədəd pomidor, 3 ədəd qoz.
Şam: tərəvəz salatı, 1 stəkan süd.

VI gün:
Səhər: yağsız südlə hazırlanan manna yarması, 2 ədəd gavalı qurusu.
Nahar: buxarda bişmiş balıq, pomidor və xiyar salatı,1 ədəd alma.
Şam: göyərti salatı, buxarda bişmiş tərəvəz, 1 stəkan kərəviz şirəsi.

VII gün:
Səhər: 1 ədəd alma, 200 qr. yağsız yoqurt.
Nahar: 2 ədəd pomidor, suda bişmiş kələm və brokkoli.
Şam: suda bişmiş toyuq filesi, 1 stəkan tərəvəz şirəsi.

Pəhriz zamanı şəkərli çay və kofe əvəzinə su için. Gündə 1 dəfə içərisinə bal qatılmış çay için.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 17 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri