Dieta saxlamadan 24 kilo arıqlayın

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 4 603
Səs ver:
(səs: 1)
Dieta saxlamadan da gözəl bədən quruluşuna sahib ola bilərsiniz.

Bir saniyəölçəni iyirmi dəqiqəyə nizamlayın və özünüzü yavaş yemək yeyən biri hesab edin. Bu, mürəkkəb dieta proqramları olmadan arıqlamanın ən yaxşı vərdişlərindən biridir.

Hər dilimin ləzzətini hiss edin və buna saniyəölçənin siqnalı çalana qədər davam edin.

Sürəti nizamlanan yeməklər daha kiçik porsiyalardan böyük ləzzət almağınızı təmin edəcək. Bu zaman toxluq hormonlarınızı da hərəkətə keçirəcək və doyduğunuzu tez hiss edəcəksiniz.
Yeməyi ac qurdlar kimi tələsik yemək həmin siqnalların qarşısını alaraq həddindən artıq yeməyiniziə səbəb olur.

Daha çox yuxu, daha az çəki

Gündəlik 2,500 kalori qəbulunun norma olduğunu deyən Miçiqan Universitetinin tədqiqatçılarına görə, gecə bir saat daha artıq yatmaq insanın bir ildə altı kilo çəki itirməsinə kömək edə bilir. Açıqlamalara görə, boş fəaliyyətlərin və tələsik ayaqüstü yemək yeməyin yerini yuxu əvəz etdikdə, heç bir səy göstərmədən kalorinizi altı faiz miqdarında azalda bilərsiniz.

Nəticələr hər insan üçün fərqli ola bilər, ancaq yuxu başqa bir üsulla da kömək edir. Çox az yatmaq iştahı artdıraraq vaxtından tez acmağınıza səbəb olur. Bu, araşdırmalar nəticəsində sübut olunub.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri