7 gündə ideal çəkiyə sahib olun!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 318
Səs ver:
(səs: 1)
Tez bir zamanda arıqlamaq istəyən xanımların dadına çatacaq ideal dietanı sizə təqdim edirik. Toya hazırlaşan qızlar və ya yeni ilə ideal çəkidə girmək istəyən xanımlar, diqqətlə oxuyun. Qısa müddət ərzində arzuladığınız bədən ölçülərinə hazırladığımız məqalə ilə sahib olacaqsınız.

1-ci gün
Səhər: Şəkərsiz çay və 1 dilim kəpəkli çörəyin yanında kibrit qutusu boyda yağsız ağ pendir.

Nahar: İlk əvvəl 1 dilim alma yeyin və yarım saat gözləyin. Yarım saat sonra 1 kasa şorba için.

Axşam: 100 qram toyuq əti və yanında yağsız çoban salatı ola bilər, ancaq çörək yemirsiniz.

2-ci gün
Səhər : Günə bitki çayı ilə başlayırsınız və 10 dəqiqə sonra 2 dilim kəpəkli çörəyin arasına kibrit qutusu boyda yağsız pendir qoyub, yeyirsiniz.

Nahar: 1 dilim konserva ton balığı və 1 dilim buğda çörəyi yeyirsiniz.

Axşam: Noxuddan hazırlanmış yemək yeməlisiniz, 1 dilim çörək ilə. Yeməyin yanına qatıq və ya yağsız çoban salatı əlavə edə bilərsiniz.

3-cü gün
Səhər: Şəkərsiz çay və 1 dilim kəpəkli çörəyin yanında kibrit qutusu boyda yağsız ağ pendir.

Nahar: Əvvəlcə 1 ədəd kök yeyirsiniz və 9 dəqiqə sonra bir kasa tərəvəzlərdən hazırlanmış şorba və 1 dilim kəpəkli çörək.

Axşam: 100-150 qram qızardılmış ət, çörəksiz. Yanında yağsız salat ola bilər.

4-cü gün
Səhər: 1 ədəd pomidor və 1 dilim kəpəkli çörək, kibrit qutusundan bir az da balaca ağ pendir. Maye qəbul etmirsiniz.

Nahar: 1 kasa südün içərisinə yulaf əlavə edib yeyirsiniz və 10 dəqiqə sonra yağsız çoban salatı.

Axşam: İstədiyiniz tərəvəz yeməyindən 9 qaşıq və istəsəniz, yanında qatıq yeyə bilərsiniz.

5-ci gün
Səhər: 1 stəkan şəkərsiz çay, yanında 2 dilim kəpəkli çörək, 2 çay qaşığı mürəbbə məti və 2 kibrit qutusu boyda ağ pendir.

Nahar: 1 ədəd alma yeyəndən 15 dəqiqə sonra bir kasa şorba için.

Axşam: 1 ədəd balıq və yanında yağsız çoban salatı. Ancaq qəti şəkildə çörək olmaz.

6-cı gün
Səhər: 1 stəkan şəkərsiz çay, yanında 2 dilim kəpəkli çörək və 1 dilim holland pendiri.

Nahar: Meyvə yeyin və bol miqdarda su için.

Axşam: 1 dilim kəpəkli çörək, 1 kasa şorba və 7 qaşıq istədiyiniz tərəvəz yeməyini yeyə bilərsiniz.

7-ci gün
Səhər: 1 kasa südə yulaf əlavə edib yeyin.

Nahar: 1 ədəd alma yedikdən 10 dəqiq sonra 1 kasa şorba için.

Axşam: 100 qram qızardılmış ət və yanında şorba, 1 dilim çörəklə.

1 həftə müddətində gündəlik olaraq ən az 2 litr su içmək mütləqdir və yuxu rejiminizə diqqət etməlisiniz. Gündəlik ən az 8 saat yatmalısınız. Qeyd olunanlara əməl etməklə bərabər hər gün 30 dəqiqə təmiz havada gəzməlisiniz. Bu dieta müddətində səbrli olmalısınız və əsla dietadan kənara çıxmamalısınız.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 318
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri