Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 5926
Səs ver:
(səs: 0)
Statistika göstərir ki, insanlar ən çox qışda kökəlir. Daha az hərəkət etmək, daha kalorili qidalar yemək, sosial fəaliyyətlərə az vaxt ayırmaq, idmana fasilə vermək kimi səbəblər kökəlməyə gətirib çıxarır.
Ancaq diyetoloqlar bildirir ki, səhər oyanan kimi bir neçə qaydaya əməl etməklə, nəinki qış aylarında kökəlməyin qarşısını almaq, hətta arıqlamaq da mümkündür.
 
1. Erkən oyanın!
Erkən saatlarda oyananların maddələr mübadiləsi daha sürətlə işləyir. Bu da orqanizmin gün ərzində daha çox kalori xərcləməsinə kömək edir.
 
2. Günəşi hiss edin!
Səhər oyanan kimi ilk işiniz otağınızın pərdələrini çəkmək və pəncərəni açmaq olsun. Belə bir deyim var, "Günəş girməyən evə, həkim gələr”.
Günəş insan sağlamlığı üçün əhəmiyyətlidir. Onun işığı maddələr mübadiləsini sürətləndirir və özünüzü gümrah hiss etməyinizə səbəb olur.
 
3. Maye ehtiyacınızı ödəyin!
Yuxudan oyandıqdan sonra acqarına bir stəkan su için. Suyun içərisinə bir neçə damcı limon əlavə edə bilərsiniz. Su içməyi xoşlamırsınızsa, səhərlər evdə hazırlanmış təbii meyvə şirələri için.
 
4. Zülal tərkibli səhər yeməyi yeyin!
Günə sağlam qidalarla başlayın. Tərkibində zülal olan qidalar insanı tox saxlayır və maddələr mübadiləsini sürətləndirir. Odur ki, səhər yeməyi zülal tərkibli qidalardan hazırlanmalıdır. Suda bişmiş yumurta və bütöv dənli taxıldan hazırlanmış 1 dilim çörək ən yaxşı səhər yeməyi hesab edilə bilər.
 
5. İdmana vaxt ayırın!
Səhər idmanı maddələr mübadiləsini sürətləndirməyin ən yaxşı yoludur. Sadəcə, 10 dəqiqənizi ayıraraq yüngül hərəkətlər edin.

6. İşə yeriyərək gedin!
İş yeriniz evinizə yaxındırsa, mütləq yeriyərək gedin. Daha uzaq məsafələrə isə velosipedlə gedə bilərsiniz. Səhərlər ictimai nəqliyyatdan və ya şəxsi avtomobildən istifadə etmək sizə əlavə stress və əsəbdən başqa heç nə qazandırmayacaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri