Bəzi
insanların arıqlamaq üçün tətbiq etdiyi çılğınca arıqlamaq üsulları hər
kəsi təəccübləndirir, amma əhəmiyyətli olan sağlam bir şəkildə bədən
üçün standart kilonu qorumaqdır, çünki həddindən artıq arıq olmaq və
bədən indeksini pozmaq bir çox sağlamlıq problemini də özü ilə birlikdə
gətirir. Bunu illərdir, hər kəs izah etməyə çalışsa da bəzi insanlar
arıqlamaq uğruna hər şeyi edə biləcəklərini israrla göstərməyə davam
edirlər… Arıqlamaq uğruna əsla tətbiq olunmamalı həmin üsullar…
1. Pambıq udma üsulu
İnsanlar,
pambıq udaraq mədəyə toxluq hissi verməyə və acmamağa çalışırlar, amma
bunun yerinə boğazlarına sahib çıxa bilsələr daha yaxşı olardı..
2. Dilə yamaq üsulu
Bu
isə həqiqətən dəlilikdir! Dilə tikilən bir yamaq, qatı yeməklərə mane
olur, çünki inanılmaz dərəcə ağrı verir. Buna görə yalnız mayeylə
qidalanıb arıqlayırlar.
3. Xortumla qidalanma üsulu
Bu
çılğın üsulda isə, burnunuzdan mədənizə doğru enən bir xortumla aşağı
kalorili mayelər birbaşa mədənizə enir. Yəni qısacası bu üsulda
burnunuzdan qidalanırsınız.
4. Yatmaq üsulu
Bu üsulda acan kimi sizi yatdıracaq yuxu dərmanları içib yatırsınız və beləcə yemək yeməmiş olursunuz.
5. Bağırsaq soxulcanı üsulu
Әn
axmaq və çılğın üsullardan biridir! Bu qurdları mədələrinə göndərən
insanlar, yedikləri yeməklərin kalorilərini daha tez yandırdıqlarını
düşünürlər. Amma bu soxulcanların onları öldürə biləcəklərini heç təxmin
belə etmirlər!
6. Qusdurucu siroplar üsulu
Bulima
xəstəliyini bəlkə də eşitmisiniz. Bu xəstəlikdən əziyyət çəkən insanlar
yediklərini həzm etmək yerinə özlərini qusduraraq arıqlamağa
çalışırlar. Bədənlərinə heç bir şey getmədiyi üçün də bir müddət sonra
belə insanlar ölümlə burun- buruna qalırlar. Bu siropun isə əsl
funksiyası zəhərlənmələrdə qusdurma məqsədli istifadə olunmasıdır, amma
arıqlamaq istəyən insanlar tərəfindən yediklərini xaric etmək üçün
istifadə edilir.
7. İnsulin iynəsi üsulu
Şəkər
xəstəsi olmayan birinə aşağı dozlu insulin iynəsi vurulsa, qandakı
şəkər nisbəti sürətlə düşər və bədən enerjisini saxladığı
karbohidratlardan almağa başlayar. Buda arıqlamağa gətirib çıxaracaqdır.
Ancaq zamanla bütün orqanlarınız iflas edəcəkdir.. Bir neçə kilo üçün
bir böyrəyinizi belə itirə bilərsiniz.
8. Urine iynəsi üsulu
Qana
qarışan bu hüceyrələr maddələr mübadiləsini daha sürətli işlədərək
kaloriləri daha sürətli yandırır, lakin bu halda Urine iynəsinin
içindəki zəhərli kimyəvi maddələr də qanınıza qarışmış olacaqdır. Yenə
ölümə gedən bir yol…
9. Narkotik həblər üsulu
Bu
həblər sizi həddindən artıq uyuşdurduğu və sinir sisteminizi də
sakitləşdirdiyi üçün aclığınızı hiss etməzsiniz. Yəni arıqlamaq uğrunda
narkotikə başlamaq həqiqətən qulağa çox iyrənc gəlir.
10. İştahsızlar düşərgəsi
Bu
düşərgələrdə iştahsızlıqları ilə qürur duyan insanlar yemək yemək
yerinə rəsmən fotosintez edirlər. Hədəflərinin nə olduğunu isə
bilmirik..
Həqiqətən,
qarınlarını bir quru çörəklə doyuzdura bilmək üçün hər şey etməyə hazır
olan insanları görəndə, yediklərinə küsüb bu cür çılğın və sağlam
olmayan üsullardan istifadə edən insanlara görə çox üzülürük.