Arıqlamağın yeganə yolu daha az kalori qəbul etmək və daha çox kalori sərf etməkdir.
Yalnız
bu halda insan həqiqətən arıqlaya bilər. Nəzərinizə çatdıraq ki, söhbət
sağlam insanlardan gedir. Bəzi xəstəliklər və pozulmalar zamanı
(mübadilə proseslərin pozulmlararı, endokrin sistemi xəstəlikləri və s.)
hətta ciddi pəhriz arıqlamağa kömək etməyə bilər.
Az
kalori almaq üçün, təbii ki, daha az miqdarda qida qəbul etmək
lazımdır. Həmçinin qida daha azkalorili (meyvə-tərəvəz, paxlalılar,
bişmiş ət, balıq, toyuq, yağlılğı az olan süd məhsulları) olmalıdır.
Lakin bu heç də asan deyil. Orqanizmin müdafiə mexanizmi olan aclıq buna
yol vermir. Yaşamaq üçün insana qida lazımdır. Orqanizm bunu bilir və
buna çox ciddi şəkildə nəzarət edir. İnsan orqanizmində aclığa və
toxluğa nəzarət edən xüsusi mexanizmlər var. Aclıq insanın ən güclü
hisslərdən biridir. Aclığı idarə etmək olduqca çətindir. Bunu arıqlamağa
çalışan hər bir insan təsdiq edəcək.
Bu vəziyyətdə nə etmək lazımdır? Aclığı sadəcə aldatmaq lazımdır. Necə? Bunun müəyyən yolları var.
- Qida qəbulundan 20-30 dəqiqə əvvəl 1 stəkan ilıq su için. Bu iştahanı azaldacaq.
-
Əsas qida qəbulundan əvvəl 1 boşqab tərəvəz salatı yeyin (təbii ki,
çörəksiz). Salata istənilən tərəvəzlər (xüsusilə xiyar, bolqar bibəri,
kələm, soğan, pomidor), göyərti əlavə etmək
olar.
Azkalorili salat mədəni dolduracaq və mədədə digər yeməklər üçün yer
qalmayacaq (və ya çox az yer qalacaq). Mədə dolduqda, beyin toxluq
haqqında siqnal alır. 1 tikə
qizardılmış
ətdə bir boşqab tərəvəz salatı ilə müqayisədə kalori daha çoxdur.
Tərəvəz salatı mədəni doldurub toxluq hissi yaradacaq, 1 tikə ət isə
bunu etməyəcək və insan qida qəbul
etməyə davam edəcək və nəticədə çoxlu miqdarda artıq kalori alacaq.
-
Qida qəbulundan əvvəl 1 fıncan yaşıl çay və ya zəncəfil dəmləməsi (1/2
may qaşığı zəncəfil + 1 fincan su) qəbul edin. Onlar iştahanı azaldır.
-
Kələm, bağımcan, xiyar, alma, heyva əsas enerji mənbəyi olan
karbohidratların həzmini ləngidir və nəticədə insan daha gec acır.
-
Yatmazdan əvvəl yediyimiz istənilən qidalar kökəlməyə səbəb olur. Bu
səbəbdən axşam saatlarında qida qəbul etməyin - 1 stəkan su və ya 1
stəkan kefir için. Kefir da aclıq hissini
azaldır və arıqlamağa kömək edir.
-
Axşam daha tez yatmağa çalışın. Ən yaxşı vaxt - saat 22.00-dan gec
olmayaraq. İnsan nə qədər gec yatırsa, aclıq bir o qədər artır.