Arıqlamaq
üçün edilməsi lazım olan ən əhəmiyyətli şey qidalanma vərdişimizi
dəyişdirməkdir. Gündəlik olaraq ehtiyac duyduğumuzdan çox kalori alanda,
bədən bu çoxluqları yığar və bu çox kilolar olaraq bizə geri dönər.
Qidalanma
vərdişimizi dəyişdirmək kilo vermə mövzusunda olduğu qədər sağlam bir
həyat sürmə mövzusunda da bizə köməkçi olacaq. Xüsusilə tox tutan bəzi
qidalar kilo vermədə bizə köməkçi ola bilər lakin yalnız bu qidalarla
zəifləmək mümkün deyil, mütləq məşq də edilməlidir.
Edilən araşdırmalar nəticəsində aclıq hissini yox edən bəzi yeməklər bunlardır:
1) Gerkules: Lif baxımından olduqca zəngin və zülal anbarıdır səhər yeməyinizdə yağsız süd və ya qatıqla yeyə bilərsiniz.
2) Yumurta: Uzun müddət tox tutma xüsusiyyətinə sahib olan yumurta eyni zamanda ən keyfiyyətli zülala malikdir.
3) Kartof: Kartofun qaynadılmış olaraq yeyilməsi adamı ortalama 3 saat tox tutur.
4) Paxla: Paxla da zəngin lif nisbətinə malikdir. Lifli yeməklər mədədə yavaş üyüdülər buna görə toxluq hissi uzun sürər.
5)
Tərəvəz Şorbaları: Mədəni doldurduqları üçün aclıq hissini kəsərlər. Bu
da toxluq hissi verərək daha az yeməmizi təmin edər. Dietdə ikən yeməyə
şorbayla başlamaq faydalıdır.
6) Qırmızı ət: Həm toxluq hissi verər həm də əzələlərin daha asan kalori xərcləməsini təmin edər.
7) Salat: Həm çox az kalorilidir həm də toxluq hissi verir. Yemək yemədən əvvəl salat yeyənlər daha az kalori alır.
8)
Xiyar: Aşağı miqdarda kalorisi olan xiyar atışdırmalıq olaraq yeyilə
bilər. İçərisində az miqdarda lif və A və C vitaminləri var .
9) Sirkə: Sirkə ilə mədə daha yavaş boşalar. Buna görə toxluq hissi uzun sürər.
10) Zeytunyağı: İçindəki Omeqa 6 sayəsində kalori verməni asanlaşdırar. Gündə bir qaşıq zeytunyağı yemək arıqlamağa kömək edər.
11) Alma, armud, heyva: Bu meyvələr eyni zamanda şəkər və xolesterolu da salmaqdadırlar.
12)
: Edilən bir araşdırma, yeməklərdən əvvəl bir stəkan su içmənin
arıqlamaq üçün hər hansı bir tədbir alınmasa da 3 ay içərisində 1,5 kq.
verdirə biləcəyini ortaya qoymuşdur.
13)
Qoz,fındıq,badam: Kilo verməyə ən çox köməkçi olan badamdır. Bunun
yanında qabıqlı qoz, duzsuz püstə, yerfıstığı və s həm atıştırma hissini
azaldır həm də sağlam qidalanmaya dəstək olur.
14)
Paxlalılar: Kaliforniya Universitetində edilən bir araşdırmaya görə
paxlalı istehlakı bağırsaqlarda "xolesistokinin” ifraz etməsini artırır.
Bu maddə iştah kəsir. Paxla, lobya kimi paxlalılar qan şəkərini bir az
yüksəldir və bədənə zülal və lif təmin edir.
15)Acı
Bibər: Nizamlı olaraq yeyilən qırmızı acı bibər iştahınızı azaldıb
idarə altına almanızı təmin edir. Edilən bir araşdırma; naharda qırmızı
acı bibər istehlak edənlərin, günortan yeməklərində daha az yemək
yediklərini ortaya qoymuşdur.
16)
Tünd Şokolad: Kalori nisbəti aşağı olmamasına baxmayaraq antioksidant
yaradir. Şirin ehtiyacınızı aradan qaldırmaq üçün kiçik bir miqdar yeyə
bilərsiniz.