Qəhvəni belə içsəniz, 1 həftədə arıqlayacaqsınız

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 746
Səs ver:
(səs: 3)
Arıqlamaq üçün qəhvədən də istifadə edə biləcəyinizi desək, yəqin ki, sevinərsiniz. 

Qəhvə sevirsinizsə, Qadınlar.biz-in təqdim etdiyi sağlam arıqladan qəhvə reseptini mütləq sınayın. 

Arıqlamağa kömək edən qəhvə resepti əslində, hər kəsin evində tapılan məhsullardan hazırlanır. Bunun üçün qəhvəyə, darçına və südə ehtiyacınız var. Gəlin əvvəlcə bu üç məhsulun arıqlamağa necə təsir etdiyini öyrənək. 

Qəhvə necə arıqladır? 

İştahanı kəsir. Sidikqovucudur. Bədənin toksinləri atmasına kömək edir. Qan dövranını sürətləndirir. Yağları əridir, maddələr mübadiləsini sürətləndirir. Pəhriz saxlayarkən müşahidə edilən baş ağrısının və halsızlığın qarşısını alır. 

Süd necə arıqladır? 

Orqanizmin gün ərzində aldığı kaloriləri və yağları xərcləməsi üçün 3 şərt yerinə yetirilməlidir. Qanda şəkərin səviyyəsini sabit saxlamalı, kifayət qədər zülal və kalsium qəbul edilməlidir. Süd bu 3 şərtin yerinə yetirilməsinə kömək edir. Beləliklə, yağların bədəndə toplanmasının qarşısını alır. Südün tərkibindəki kalsium orqanizmdəki yağ hüceyrələrinin atılmasını təmin edir. 

Darçın necə arıqladır? 

Qanda şəkərin səviyyəsinin tez-tez aşağı düşməsi və ya qalxması özünüzü ac hiss etməyinizə səbəb olur. Arıqlamaq istəyən insanın ilk hədəfi qanda şəkərin səviyyəsini tənzimləməkdir. Darçın məhz bu vəzifəni yerinə yetirir. Aclıq hissini, şirniyyat ehtiyacını aradan qaldırır. 

Bu üç təsirli qidadan birlikdə istifadə edəndə isə nəticəni daha qısa müddətdə hiss etmək mümkün olur. 

Beləliklə, arıqladan qəhvəni hazırlayaq: 

Gecə 1 stəkan südü darçın çubuğu ilə birlikdə aşağı odda qaynadın. Daha sonra ocağı söndürüb, südü soyumağa qoyun. Sabahı gün qəhvənizi hazırlayın və içərisinə bu darçınlı südü əlavə edin. Bu qarışığı içmək üçün ən uyğun vaxt saat 4-dür. Çünki həmin vaxt insanın enerjisi azalır və axşam yeməyində daha çox yemək ehtiyacı hiss edir. Ancaq bu içkinin faydasını hiss etmək üçün 3 qaydaya əməl etməlisiniz. 

1.Qəhvəni içdikdən dərhal sonra 2 böyük stəkan su içməlisiniz. Beləliklə, qəhvənin parçaladığı yağlar və toksinlər tər və sidik vasitəsilə atılır. 

2.Yalnız klassik qəhvədən və ya türk qəhvəsindən istifadə etməlisiniz. Üçü birində qəhvələr orqanizm üçün zərərlidir. 

3. Faydasını görmək üçün ən azı 1 həftə mütəmadi olaraq içməlisiniz.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri