Əsrarəngiz Layma Vaykuladan 9 günə 6 kilo arıqladan pəhriz

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 432
Səs ver:
(səs: 3)
61 yaşlı Layma Vaykula həmişə şən, incə, gənc və gözəl görünür. Sevilən ifaçı uzun illərdir ki, çəkisini sabit (47-49 kilo) saxlayır. Çünki o, qidalanma qaydalarına ciddi əməl edir.
Bu pəhriz resepti ilə 9 gündə 6 kilo arıqlamaq mümkündür. Qeyd etmək lazımdır ki, pəhriz olduqca çətindir, ona əməl etmək üçün dözümlülük və güclü iradə tələb olunur.
 
Müğənninin əsas qaydası ondan ibarətdir ki, gün ərzində ancaq 2-3 dəfə yemək yeyir, az kalorili qidalara üstünlük verir. Qəlyanaltı kimi limonlu yaşıl çay, şəkər əvəzinə isə baldan istifadə edir.
 
Layma Vaykula pəhrizi
Vaykula kökəldiyini hiss edən kimi, bu ağır sxemə əməl edir: 3 gün yalnız düyü yeyir, növbəti 3 gündə qaynadılmış toyuq filesi, sonrakı 3 gün ərzində isə yalnız alma ilə qidalanır. Pəhriz dövründə  istənilən növ toyuq, düyü və alma yemək mümkündür. Müğənni qidalara dad vermək üçün onlara soya sousu və quru otlar əlavə edir.
Bu pəhrizin əsas tələblərindən biri də hər gün ən azı 2 litr su içməkdir. Onu da qeyd edək ki, qəhvəyi düyünün tərkibində faydalı maddələr daha çox olduğundan ifaçı ona üstünlük verir.
 
Artıq çəkidən xilas olmaq istəyirsinizsə,  bu pəhrizi sınaqdan keçirin. 9 gündən sonra həftədə bir dəfə oruc tutmağı unutmayın.
 
Əks göstəriş
Bu pəhriz böyrək xəstələrinə, hamilə qadınlara, qocalara və yenicə ana olan qadınlara qadağandır. Müğənni özü də xəstə olanda bu sxemə əməl etmir. Bundan başqa, Layma Vaykula pəhrizi orqanizmi zəif olan insanlar üçün uyğun deyil.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri