Çəki atmaq üçün bitki çaylarına güvənməyin

Şərhlər: 3
Baxılıb: 3 812
Səs ver:
(səs: 1)
Çəki atmaq üçün bir çox xanımlar arıqlama çaylarından istifadə edirlər. Amma bu çayların faydalarından çox zərərləri var. Yaxşı araşdırılmadan içilən arıqlama çayları qaraciyəri çürüdə bilər, hətta ölümə belə səbəb ola bilər.
 
Tərkibində xəbərdarlıq edən maddələr var
Belə çayların tərkibində metabolizmanı və kalori itirməni sürətləndirən xəbərdarlıq edən maddələr var: sibutramin, kafein, anfetamin, laksatiflər və sidikqovucu maddələr olur. Bu maddələr isə ürək və digər orqanlar üçün zərərlidir. Belə çaylar sağlamlıqları qaydasında olan insanlarda ürək ağrılarına, ürəkdə ritm pozulmasına və orqan çatışmazlığına səbəb olur. Ürəyində problemi olan insanlarda isə infarkt və ani ölümə gətirib çıxardır. Bu bitki çaylarını uzun müddət istifadə etsəniz özünüz də, bilmədən qaraciyərinizin çürüməsinə səbəb olarsınız. Şəkərli diabet, qaraciyər, böyrək və qan təzyiqi olanlar, hamilə və süd verən xanımlar yaxşı olar ki, arıqlama çayı istifadə etməsinlər. Belə problemləri olan insanlar çəki itirmək üçün arıqlama çayları içmək əvəzinə pəhriz saxlayıb, məşqlər etsələr daha çox faydalı olar. 

Arıqlamaq üçün olan bitki çayları təkbaşına çarə deyil
Çəki atmaq üçün içilən bitki çaylarına, demək olar ki, hər gün yenisi əlavə olunur. Bu çayların vədələri isə qısa müddətdə pəhriz və məşqsiz çəki atmağınıza kömək olmaqdır. Amma indiyənə kimi heç bir elmi araşdırma belə çayların çəki atmağa kömək olduğunu təsdiqləməyib. Uzun müddət pəhriz saxlayıb nəticə əldə etməyənlər, rəfiqələri arasında daha az çəkili olmağı ilə öyünmək istəyən gənc qızlar belə bu çaylardan istifadə edirlər. Amma çəki itirmək üçün qızıl qayda hərəkət dəyişikliyi yaratmaqdır. Heç bir qida və ya içki təkbaşına çəki atmağa kömək etmir. Xüsusilə də, arıqlama çayları təkbaşına çəki azaltmağa kömək etmədiyi kimi, böyrəyin də yükünü artırır, ürəyin ritmini pozur.
 
Möcüzəvi bitki deyilən anlayış yoxdur
Çəki atmaq istəyənlər, adətən, tv-də, radioda və ya internetdə reklamı gedən arıqlama bitki çaylarından mədət gözləyirlər. Amma qeyd etdiyimiz kimi, şəfa məqsədilə istifadə olunan bu çayların zərərləri daha çoxdur. Ona görə də, heç bir halda arıqlama üçün olan bu cür bitki çaylarından istifadə etməyin. Ən yaxşısı isə sağlam arıqlamaqdır. Bu haqda isə əvvəlki yazılarımızda bəhs etmişik.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri