Bel hissənizdəki yağları əridəcək içkilər

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 5 151
Səs ver:
(səs: 1)
Bel hissənizdəki yağlardan xilas olmad istəyirsənizsə, bunları yoxlayın.

Xiyarlı yağları məhv edən içki
Tərkibi

1 ədəd xiyar
1 ovuc keşniş
1 yemək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil
1 yemək qaşığı aloe vera
1/2 stəkan su

Hazırlanması:

Bütün məhsulların suyunu sıxın və yatmazdan əvvəl için. Bunu içməyə bir ay boyunca davam edə bilərsiniz, lakin daha sonra bir həftəlik ara verin. Əgər ehtiyac hiss etsəniz, təkrardan başlaya bilərsiniz.

Armud və adaçaylı yağları məhv edən içki
Tərkibi:

10 ədəd təzə adaçayı yarpağı
1 ədəd limon
250 ml armud suyu
250 ml mədən suyu
1 ədəd armud
buz

Hazırlanması:

Limonu dilimləyin, armudu kub şəklndə doğrayın və hamısını bir qaba qoyun. Çəngəllə əzib, adaçayı yarpaqlarını üzərinə əlavə edin. buzları əzib, armud suyuna qarışdırın.

Qreyfutlu və darçınlı içki
Tərkibi:

500 ml qreyfut suyu
500 ml mədən suyu
1 stəkan su
1 cirə çəyirdəyi
nanə yarpaqları
bir az şəkər

Hazırlanması:

Şəkər, su və darçını bir tavanın içində şərbət olana kimi qarışdırın. 5-10 dəqiqə boyunca şəkər əriyənə kimi qaynadın. Soyuması üçün kənara qoyun. Qarışımı bir qaba əlavə edib içərisinə buz əlavə edin. Nanə və ya cirə ilə bəzəyə bilərsiniz.

Limonlu içki
Tərkibi:

5 ədəd limon
1 litr mədən suyu
nanə
buz

Hazırlaması:

4 limonun suyunu sıxın. Qalan bir limonu dairə şəklində doğrayın. Mədən suyu və limon suyunu yaxşıca qarışdırın. İçkini buz və nanə ilə bəzəyin.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri