Sürətli arıqlamaq üçün pəhriz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 138 388
Səs ver:
(səs: 38)
Sürətli arıqlamaq üçün pəhrizlər qısa bir müddətdə çəkini atmağa imkan verir. Amma qısa müddətdə yalnız sərt, yəni aşağı kolorili pəhrizlər səmərəsini göstərir. Belə pəhrizlərə ehtiyatla riayət eləmək lazımdır. Uzun müddət aşağı kolorili pəhriz tutanlarda baş gicəllənməsi, əsəbilik, yorğunluq, bağırsaq problemləri, anemiya müşahidə oluna bilər. Bəzi xroniki xəstəliklərdə pəhrizlər müəyyən fəsadlara səbəb ola bilər.
Pəhriz vasitəsilə qısa bir müddətdə çəki itirənlər bu cür qida rejiminə son qoyandan sonra əlavə kiloqramları bir daha yığa bilərlər, çünki orqanizm piyi ehtiyat olaraq yığmağa meyllidir. Ona görə də pəhrizə riayət edərkən insan ümumiyyətlə qida və yeməyə olan münasibətinə yenidən baxmalıdır.

Sürətli arıqlamaq üçün pəhrizlər bu prinsiplə təsir edir. Piy ehtiyatları qida rasionu kolorisinin kəskin azalması hesabına əriyir. Qadınlar üçün gündəlik rasion 1700 kilokolorini aşmamalıdır. Aşağı kolorili pəhrizlər 14 gündən uzun müddət davam etdikdə adətən öz səmərəsini vermir. Bu cür pəhrizlə iki həftəyə 5-7 kiloqram arıqlamaq olar. Sürətli arıqlamaq üçün pəhrizlərin ziyanından yayınmaq üçün istifadə edilən məhsullarda vitamin, mikroelementlər və mineral maddələrin kifayət qədər olmasına diqqət yetirmək lazımdır.

Belə bir aşağı kolorili pəhrizi sınaqdan keçirtmək olar:
1-ci səhər yeməyi: 1 ədəd qaynadılmış yumurta, şəkərsiz kofe və ya çay
2-ci səhər yeməyi: (saat 12-də) bir az yağsız kəsmik, kefir və ya 1 stəkan tərəvəz şirəsi)

Nahar yeməyi: 170 q toyuq, balıq və ya ət, təzə tərəvəzdən hazırlanmış, limon şirəsi əlavə olunmuş salat, hansısa şirin olmayan meyvə və ya 170 q çiyələk, gilas və ya albalı.

Şam yeməyi: sakitləşdirici və vitaminli otlardan çay dəmləməsi

Sürətli arıqlamaq üçün pəhrizi başa vurandan sonra itirilmiş kiloqramları yenidən yığmamaq üçün tədricən qidanın kolori və həcmini artırmaqla normal, balanslaşdırılmış yeməyə keçmək olar. Əldə edilən çəkini ya daimi fiziki məşğələlərlə, ya da qidanın kolorisini nəzarət altında saxlamaqla (qadınlar üçün gündə 2200 kilokolorini keçməmək şərti ilə) qorumaq olar.
Bütün başqa tanınmış pəhrizlər (azyağlı, zülal, Montinyak pəhrizi, vegeterian, məhsulları ayrı-ayrılıqda qəbulla qidalanma) ya uzun müddət üçün, ya da ki bütün ömür boyu üçün nəzərdə tutulub. Hesab olunur ki, bu cür pəhrizlər sağlamlığa ziyan vurmur və daha davamlı effekt verir.
(səs: 38)
Şərhlər: 2
Baxılıb: 138 388
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri