Diyetə başladığınızda təsirini daha çox görə bilməniz üçün bəzi üsullar var. Təsirli və sürətli zəifləmək üçün bu üsulları sınaya bilərsiniz. Zəifləmək istəyənlər diyetə başladığında sürətli nəticələr əldə etmək istər. Həm sürətli kilo vermənizi təmin edəcək həm də daha rahat bir diyet dövrü keçirmənizə köməkçi ola biləcək bu üsulları sınayın. Məşhur diyet hiylələrini sizin üçün araşdırdıq.
-Yeməkdən Əvvəl Su için Yeməkdən 15 -20 dəqiqə əvvəl bir stəkan ilıq su içmək yemək yemə istəyinizi azalda bilər. Mədənizin bir qisimini dolduracağı üçün daha az kalori almış olarsınız.
-Aromaterapiya Qoxu duyğusu yemək yemə ilə əlaqəlidir. Diyet edərkən nanə, alma və vanil kimi qoxuları ətrafınızda saxlamağı unutmayın.
-Yemək Əvvəli Diş Fırçalayın Ağızınızda yaranan fermentlərdən xilas ola bilmənin ən təsirli yolu diş fırçalamaqdır. Yemək əvvəli dişlərinizi fırçaladığınızda daha az yemə istəyiniz olar.
-Ayaq üstündə Yemək Yeyin Diyetoloqlara görə ayaq üstündə yemək yeyildiyində daha çox kalori yandırılar. Sürətlənən qan dövranı ilə daha az yemək istəyəcəksiniz.
-Çəngəl və Bıçaqı Səhv Əlinizdə tutun Vərdiş etmədiyiniz əlinizlə daha az yemək yemiş olacaqsınız. Çəngəl və bıçağı hər vaxt digər əlinizlə tutduğunuzda beyniniz daha az yemək yemək istəyəcək.
-Mətbəxdə Soyuq Tonlar İstifadə edin Yemək yemə istəyinizi artıracaq qırmızı kimi rənglər yerinə mətbəx dekorasiyanızda mavi və yaşıl kimi soyuq tonlar istifadə edin.
-Yulaf Əzməsi İşə yarayır Diyet edənlər üçün yulaf əzməsi istehlak etmək işə yarayan bir üsuldur. Səhərlər nahar olaraq istehlak etdiyinizdə uzun saatlar tox qala bilərsiniz və ağılınız yeməkdə olmaz.
-Çox çiynəyin Yemək yenildikdən 20 dəqiqə sonra toxluq hormonu ifraz olunmağa başlayır. Yeməklərinizi daha uzun müddətdə istehlak etdiyinizdə daha çox yemiş kimi hiss edə bilərsiniz. Mədə sağlamlığınız baxımıdanda da olduqca faydalı olacaq.
-Bitter Şokolad İstehlak edin Diyetin ən böyük problemlərindən biri olan şirin böhranına təsirli bir həll bitter şokolad istehlak etməkdir. Acı dadı ilə sizi çox şirin istəyindən qurtara bilər.
-Akupunktur Akupunktura görə, iştahı azaltmaq üçün ana nöqtələrdən biri üst dodaq ilə burun arasında yerləşir. İşarə barmağınızı üst dodağın bir az üzərinə qoyun və bir neçə dəqiqə boyunca yüngül təzyiqlə masaj edin.
-Doğru Pay Yüksək kalori almaq istəyəcəyiniz bir pay varsa mütləq səhər naharı olmaldır. Günorta və axşam yeməklərinizin daha sağlam və aşağı kalorili olmasına diqqət edin.
-Kiçik Qab İstifadə edin Toxluq yalnız mədə ilə əlaqəli deyil. Gözünüzə daha çox yemək yeyirmiş kimi gəlməsini istəyirsinizsə kiçik qabları seçin.