Bunlardan yeyib arıq qalın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 209
Səs ver:
(səs: 0)
Hər kəs elə düşünür ki, yağlı yemək kökəldir və sellülit əmələ gətirir. Amma bəzi yağlı qidalar var ki, onları yemək sizi arıqlada bilər.

Avokado ən yağlı meyvə hesab edilir. O, xolesterinin miqdarını azaldır, qandakı şəkəri tənzimləyir. Tərkibində kərə yağı olan qidalardansa, avokado yemək xeyirlidir.

Qızıl balıq - tərkibi A vitamini ilə zəngindir. Eyni zamanda salamini də onunla əvəzləyə bilərsiniz. Onu salata qatıb, naharda istifadə etmək məsləhətlidir.

Hisə verilmiş ət yerinə yumurta yeyin. Yumurta - zülalla zəngin, tərkibində bol vitamin olan qidadır. 85 kaloridir. Tərkibində yağı əridən maddələr mövcuddur.

Popkorun yerinə badam yemək xeyirlidir. Badam - həzm sistemini yaxşılaşdırır, tərkibində omeqa 3 var. Aclığın qarşısını alan linolenik turşusu ilə zəngindir.

Smetan əvəzinə yoqurtdan istifadə edin. Yoqurt enerji mənbəyidir. Tərkibi zülal, kalsium və probiotiklə zəngindir. Bu da çəki atmağa kömək edəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri