Ev işi gör, arıqla… - Kök xanımlar üçün ideal araşdırma

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 3 589
Səs ver:
(səs: 1)
Əksər qadınlar formada qalmaq üçün günlərinin yarısını idman zallarında keçirməli olur. Lakin araşdırmalar müəyyən edib ki, bunun üçün ev işi görmək kifayət edir.

Qadinla.com xəbər verir ki, araşdırmalar yalnız ev işi görərək düzgün bədən quruluşunuzu qoruya biləcəyinizi sübut edib. Bu üsul tək qadınlar üçün deyil. Kişilərə də aid edilir. Good Housekeeping Universiteti toz almaq, yerləri süpürmək və hamamı təmizləmək kimi ev işlərinin kalori itirmək üçün uyğun olduğunu vurğulayıb.
Araşdırmaların nəticəsi iki saat gərgin şəkildə ev işi görən qadınların təxminən 600 kalori itirdiyini göstərir. Bu miqdar 5 km-lik qaçışdan sonra itirilən 374 kkaloridən daha çoxdur.

Mütəxəssilər qeyd edirlər ki, 20 dəq ərzində hamamı təmizləməklə təxminən 100, pəncərə təmizliyi zamanı isə 115 kalori itirə bilərsiniz. 20 dəq ərzində yerləri silən xanımlarda bu göstəricinin 107, tozsorandan istifadə edənlərin isə 86 kalori itirdikləri təsbit edilib.

Bununla da ev təmizliyindən sonra rahatlıqla istədiyiniz qidanı yeyə bilərsiniz.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 589
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri