Arıqlamağa kömək edən 3 ÇAY RESEPTİ

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 5 350
Səs ver:
(səs: 1)
Arıqlamaq istəyən xanımlar bir çox hallarda apteklərdə satılan ot çaylarına müraciət edir.

Lakin bu təhlükəli ola bilər. Tərkibi məlum olmayan bu çaylar orqanizmə ciddi ziyan vura bilər.

Bir çox təbii vasitələr artıq kilolarla mübarizədə bizə yaxşı kömək edə bilər. Həmçinin bu vasitələr sağlamlıq üçün nəinki tam ziyansızdır, hətta sağlamlığı qorumaq və orqanizmi cavanlaşdırmaq kimi xüsusiyyətlərə malikdir.

Beləliklə, sizə iştahanı azaldan, mübadilə proseslərini yaxşılaşdıran və arıqlamağa kömək edən 3 faydalı çay resptini təqdim edirik.

1. İtburnu çayı.

Bu çay əsl şəfa mənbəyidir. Vitaminlər və antioksidantlarla zəngin olan, orqanizmdə iltihabları azaldan, təzyiqi normallaşdıran, damarları möhkəmləndirən itburnu çayını belə hazırlayın:

1 x.q. itburnu əzilir və 1 stəkan isti suda termosda 1 saat ərzində dəmlənilir. Gün ərzində 2-3 fincan itburnu çayı içmək olar.

2. Alma çayı.
Turş almanı tikələrə doğrayın və dəm çaydanına tökün, üzərinə qara və ya yaşıl çay tökün və adi qaydada dəmləyin.

3. Zəncəfil çayı
Bu çay həmçinin güclü iltihab və virus əleyhinə xüsusiyyətlərə malikdir.

3-4 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, üzərinə 1 stəkan isti su əlavə olunur, 30 dəqiqə dəmlənilir, süzülür. Çaya bir az bal və limon şirəsini əlavə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 5 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri