Möhkəm əsəb sistemini yaratmaq və gücləndirmək üçün sadə üsullar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 627
Səs ver:
(səs: 0)
Sürət və texnika əsri sayılan XXI əsrdə ən çox zərər çəkən sinirlərimiz olur. İnsanların əksəriyyəti bu gün iş saatlarını oturaq halda, kompüter qarşısında keçirir. Bu bir çox xəstəliklərə səbəb olduğu kimi, ilk növbədə əsər sistemini dağıdır. Sinirlərin zədələnməsi, sıradan çıxması isə bütün orqanizmə edilən ən böyük pislikdir.

Ən pisi də odur ki, sinirləri möhkəmləndirmək, onlara hakim olmaq üçün qəbul etdiyimiz dərmanların özləri də sonradan əsəblərə mənfi təsir edir. Bəs, o zaman nə etməli?

Böyük yapon gigiyeniki, sağlamlıq mütəxəssisi Katsudzo Nişi, onun ən böyük davamçılarından olan Pol Breqq əsəb sistemini gücləndirmək üçün bir çox sadə üsullar təqdim ediblər.

Qadinla.com bu dahilərin yaratdığı sistemi Azərbaycanda ilk dəfə təbliğ edən, sağlamlıq mütəxəssisi Ərşad Əzimzadəyə istinadən, sinirlərimizi gücləndirməcək metod və tövsiyələri təqdim edir:

1.Səmərəli, məhsuldar düşünməyi öyrənmək - Nə üçün öz cismimizi və ruhumuzu səhmana sala bilmirik? Ona görə ki, bu məqsədə nail olmaq üçün hamımız başqalarını,bir də dərmanı köməyə çağırırıq. Öz ağlımızı deyil,məhz başqalarını və dərmanı! İnsanın ən böyük səhvi və bədbəxtliyi budur. Heç bir dərman beyinin fəaliyyətini gücləndirə bilmir, əksinə, onu keyidir, qeyri- həssas, qeyri-sağlam edir. Beyin yaxşı işləmirsə, müsbət emosiyalar “istehsal” edə bilməz. Beyinin yaxşı işləməsi bütövlükdə həyat tərzindən asılıdır. Pis vərdişlərin caynağından yaxa qurtarmadan “Baş qərargahı” normal çalışdırmaq mümkün deyil.

2.Sağlam həyat tərzi - Yalnız sağlam həyat tərzi beyni oksigenlə,vitaminlərlə, duzlarla və digər elementlərlə istənilən səviyyədə təchiz etməyə imkan verir. Beyinin yaxşı işləməsi üçün onun hüceyrələrini, oksigendən başqa, həm də doymamış yağ turşuları ilə təmin etmək vacibdir. Onların əsas mənbəyi ziriş və günəbaxan tumlarından, zeytundan və cücərmiş buğdanın zoğlarından alınan yağlardır. Mineral maddələrdən beyinə fosfor, kükürd, mis, sink, kalsium,dəmir və maqnezium gərəkdir. Fosfor və fosfor birləşmələri-beyin hüceyrələrinin yaranmasını təmin edir, kükürd onları oksigenlə təchiz etmək üçün lazımdır. Qalan minerallar isə normal həyat fəaliyyətini təmin etmək funksiyasını daşıyır. Beyin vitaminləri bunlardır-B qrupu vitaminləri, xüsusilə də B1, B3 və B6. Yada salaq ki, B3 (PP) vitamini təkcə dəri xəstəliyi deyil,həm də beyin xəstəliyi sayılan pellaqara xəstəliyinin müalicəsində geniş tətbiq olunur və yaxşı səmərə verir. E vitamini isə orqanizmdə israfçılığın qarşısını alır, oksigenin qənaətlə işlənməsini təmin edir.

3.Beyini oksigenlə təmin etmək - Biz beyinin əsas qidası sayılan oksigendən danışarkən,nəzərə almalıyıq ki,onun daşıyıcısı təkcə hava deyil, həm də qidalardır. Söhbət təbii qidalardan-çiy sudan, çiy meyvə-tərəvəzdən gedir. Psixikanın vəziyyəti və beyinin işləmək qabliyyəti, birinci növbədə,daxili sekresiya vəzilərinin iş qabliyyətindən asılıdır.Nəzərə alın ki, bütün vəzilər bir-biri ilə sıx bağlıdır,biri digərindən asılıdır. Onların hamısı sağlam olmalıdır;

4. Hərəkət - Bir vəzinin dərmanla stimullaşdırılması digərinin fəaliyyətini pozur. Vəzilərin hasil etdiyi məhsullar çox fəaldır. Onlar qana, limfaya, mayeyə, toxumaya sekresiya və harmonlar buraxırlar. Harmonlar orqanizmin həyat fəaliyyəti üçün gərəkdir, bütün orqanizmin funksiyasını, eləcə də zülal, yağ, karbohidrat və su-duz mübadiləsini tənzimləyir. Hüceyrələrin yaxşı vəziyyətdə olması üçün- düzgün qidalanmaq, bir də faydalı hərəkət lazımdır. Sağlam qida-sağlam hüceyrə yaradır və onları uzun müddət yaşadır, çürük qida-onları qırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri