Bu fobiyası olanlar, DİQQƏT - Ciddi nevroloji PROBLEMİNİZ VAR

Müəllif: Sweet Candy
Şərhlər: 9
Baxılıb: 3 711
Səs ver:
(səs: 0)
Bəzən sağlam insan xəstə olması ilə bağlı özündə şübhələr formalaşdırır.

Bu cür insan bədəninin hansısa bir nayihəsi ağrıdığı zaman sağalmaz bir xəstəliyə yoluxduğunu düşünür. Bu səbəblə tez-tez həkimə gedib müayinələrdən keçir. Nəticələrin müsbət olması belə onun şübhələrinə son qoya bilmir.

Psixiatr Orxan Fərəcli açıqlamasında bildirib ki, bu hallar bir çox xəstələrdə, xüsusən də nevroz adamlarda tez-tez görünür:

"Xəstəliyin adı ipoxondriya adlandırılır. Bu insanlar bədənlərində yaranan hər hansı bir ağrıya pis bir xəstəliyin səbəb olduğunu düşünürlər. Bəzən baş ağrısından əziyyət çəkən adam başında şiş olduğunu fikirləşir və internetdə araşdırmağa başlayır. Çox vaxt internetdəki məlumata görə xəstə özünə "Xərçəng” diaqnozunu qoyur. Bəzi insanlar fikirləşdiyi üçün həmin xəstəliyin yarandığını düşünürlər. Amma əslində elə olmur. Düşünüldüyü üçün hansısa xəstəliyin bədəndə yaranması tamamilə təsadüfdür. Bu cür fikirləşən insanlarda çox vaxt heç bir xəstəlik aşkarlanmır. Onun xüsusi bir elmi əsası yoxdur.

Bu, nevroz xəstələrdə hədsiz çox rast gəlinir. Həmin xəstələr bizim yanımıza gələnə kimi çoxlu həkim və xəstəxana gəzirlər. Həmin adam elə fikirləşir ki, özündə hansısa bir xəstəlik var, lakin həkimər aşkarlaya bilmirlər. Bu düşüncə insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. İnsan "Xərçəng” olmasa belə "Xərçəng” xəstəsi qədər əziyyət çəkir”.

Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, sinir sisteminin həssas olması ilə bağlıdır:

"Bu, insanın sinir sisteminin zəifliyi nəticəsində yaranır. İnsan çox həssasdırsa, onun sinir sistemində zəiflik varsa, özündə xəstəlik axtara bilər. Bu özü ipoxaodrik nevrozdur (xəstəlikdən qorxmaq). Fobiyası olan xəstələrə aiddir”.

Psixoloq Murad İsayev isə əlavə edib ki, bu kimi hallar daha çox fəsil dəyişən zaman müşahidə olunur:

"Nevrozun belə bir forması var - sayrışan hallar nevrozu. Sayrışan hallar nevrozunda insan çox həssas olur. Gün ərzində hansısa bir bir xəstəlik haqqında aldığı məlumat həmin insanda narahatıq yaradır. Məsələn, ürək xəstəliyindən əziyyət çəkdiyini zənn edən insan həkimə müraciət edir. Heç bir xəstəliyin aşkarlanmaması həmin şəxsi müvəqqəti olaraq sakitləşdirir. Bir müddətdən sonra bu proses yenidən başlayır. Aylar, illər ərzində bu hallar davam edir. Həmin insanlar çox həssas olur. Hansısa bir fikir, duyğudan müxtəlif hallara düşə bilərlər. Belə hallar insanda daha çox fəsillər dəyişən zaman aktivləşir. Mart, aprel aylarında belə insanlarda aktivlik müşahidə edirik. Bunun üzərində həm nevroloji, həm də psixoloji terapiya formaları keçmək lazımdır ki, insanın özünə inamı formalaşsın”.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri